Nəinki qadınlar, kişilər də başlarını örtməlidir
26 ildən bəri müğənnilik fəaliyyəti ilə məşğul olan Xuraman Şuşalı deyib ki, hicablı olduğu üçün bəzi telekanallar onu öz efirlərinə dəvət etmirlər.
Əslində Xuraman xanımın iş stajını 26 il göstərməyim dəqiq olmaya bilər. Sadəcə, mən 26 il əvvəl “W trio” qrupuna daxil olan qızları bir məclisdə görmüşəm, ordan yadımda qalıb. O vaxt onlarən “A ləli yar” oxuyan vaxtlarıydı, məclisə işıldayan və o qədər də uzun olmayan qızılı libasda gəlmişdilər. Allah tərəfi, yaraşırdı.
Sonradan o biri müğənni qızlar yaşlandıqca geymlərində müəyyən korrektələr etsələr də, Xuraman radikal dəyişiklik etdi, Yaxın Şərq ölkələrində, konkret desək, Səudiyyə Ərəbistanı, İran kimi şəriət ölkələrində populyar olan geyim tərzinə keçdi. Bu, əlbəttə ki, onun müstəsna hüququ idi. Ancaq indi məlum olur ki, o kombinlə səhnə-konsert-efir işləri rəvan getmir.
Bu barədə müğənni xanım özü belə deyib: “Kanallarla yanaşı, bir çox restoranlar da məni dəvət etmir. Deyirlər ki, Xuraman, başın açıq olsaydı, bütün toylar sənin idi. Düşünürəm ki, hicabın məclisə nə dəxli var?!... Hicaba görə böyük qazancdan məhrum olmuşam. Dövlət kanallarına rəsmi şəkildə müraciətlər etsəm də, yollarım........
