menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Bir şeirdə kiçik düzəliş – “Stalin” əvəzinə “Ata

17 0
18.05.2026

O gün yazıçı dostum, 35-40 ildir oxucusu olduğum Əlabbas sosial şəbəkədə bir dostunun Türkiyədən göndərdiyi "Atatürk" şerini paylaşmışdı. Paylaşımda ən maraqlı məqam o idi ki, Türkiyədə çıxan “Tan” dərgisində dərc olunmuş həmin şeirin altında Mikayıl Müşviq imzası vardı və göstərilirdi ki, böyük şairimiz bu şeiri 1936-cı ilin fevralında yazıb.

Şeir belə başlayırdı:

“Könlüm əmr eylədi, mən qulaq asdım,Bu şeiri, ey dahi, eşqinlə yazdım.

Eşqin olmasaydı, cəbhə boyunca,Bu söz ordusunu sıralamazdım”.

Elə ilk misradaca Mikayıl Müşviq üslubu hiss olunurdu. Amma yenə də şeirin davamına diqqət etmək lazım idi.

“Onun hər bəndinə izn almadanSaysız millətlərin möhrünü basdım”.

Burada söhbət bir az dolaşırdı. Çünki Türkiyədə heç də saysız millətlər yaşamır, saya gələn qədər yaşayır. Dördüncü bənd də maraqlıydı:

“Sənət vadisində, elə bilməyin,Yolumu itirdim, yolumu azdım”.

Hərçənd öz ölkəsinin xarizmatik liderini qoyub, başqa bir ölkənin, özü də SSRİ-yə dost sayılmayan dövlətin rəhbərinə şeir yazmaq bir balaca yolunu azmaq anlamına gəlirdi.

Şair beşinci bənddə bu şeiri........

© Müsavat