menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Anne E.Derse-ni xatırlarkən – səfir xanımın ad-s

28 0
16.04.2026

Adam bilsə ki, belə olacaq, Macarıstandakı seçkilərdə “Tisa” partiyasının və onun lideri Peterin qələbəsini istəməzdi.

Bunun xırda bir səbəbi var. Gördüyünüz kimi, bu gün-sabah Macarıstanın baş naziri olacaq şəxsin soyadını yazmadım. Çünki, şəmkirli cəbhəçinin sözü olmasın, spornu məsələdir.

Yeri gəlmişkən, o hadisəni yazım, bilməyənlər də bilsin. 1992-93-cü illərdə Şəmkirdə bir kişi vəfat edir. Mərhumun cənazəsi yerdən qaldırılanda qızı el adəti üzrə “qoymaram papamı aparasınız” deyə qiyyə çəkir. Bu yerdə kəndin cəbhəçisi deyir ki, cənazəni qoyun yerə, spornu məsələ var.

İndi onun sözü olmasın, Peterin soyadı ilə bağlı mübahisəli durum yaranıb. Adamın soyadı milli mediamızda üç variantda yazılır: Madyar, Magyar, Macar.

Ruslar “Madyar” yazır. Sualı çıxır: o “d” hərfini haradan götürüblər? Ona görə ki, ruşlarda c hərfi yoxdur, dilləri dönmür, c yerinə “dj” deyirlər. Peterin soyadındakı “d” də G-nin “dj”-sidir. Bizdə o o problem yoxdur, gül kimi c hərfimiz var, ona görə də kişinin soyadını “Macar” kimi yaza, deyə bilərik. Bildiyiniz kimi, ingiliscədəki G hərfinin səslənişi bizim C-yə identikdir. Məsələn, ingilislər GEORGİA yazır, “Corciya” deyirlər. Amma biz qonşumuz “Georgia”nı Gürcüstan adlandırırıq, yəni kəlmədəki birinci G-ni öz tələffüzümüzlə deyirik, ikincini ingiliscə.

Bu baxımdan Peterin soyadını orijinaldakı kimi yazacağıqsa, onda Macarıstanın da adını........

© Müsavat