“Trol deyiləm, amma başçını müdafiə etmək haqqım
Bir İH başçısı işdən çıxarılanda və qoluna açar-kilidli “bilərzik” taxılaraq içəri aparılanda, bir qayda olaraq, sonra müəllimin varidatı, iş üslubu barədə də xoşagəlməz informasiyalar yayılır.
Bu məqamda qədirbilən xalqımızın bir hissəsi adamı tutduranlara, tutanlara, istintaqını aparanlara, cəza kəsənlərə bir söz demir, amma xəbər yazan jurnalistlərə bəzi şeylər püskürürlər: “Vəzifədə işləyəndə niyə yazmırdınız?”
Onlar hər dəfə səs-səsə verib bu yarıritorik-yarıtropik sualı təkrarlayanda adamın yadına istedadlı aktyorumuz Fazil Salayevin çəkildiyi “Mozalan” süjeti düşür. O süjet belədir: içkili halda metroya minmək istəyən şəxs nəzarətçi qismində dayanmış milis işçisinə metro barədə suallar verir və milis təəccüblənərək soruşur: “İllərdir Bakıda metro var, siz hələ metroya minməməsiniz?” Salayevin personajı köks ötürərək deyir: “Qoyursuz ki?”
İndi onun sözü olmsın, “... müəllim vəzifədə olanda niyə yazmırdınız” sualı ilə çıxış edənlərin cavabı həmin replikadadır: “Qoyursuz ki?”
5-6 gün əvvəl naşir Şahbaz Xuduoğlu İH başçılarından birinin Novruz şənliyində iştirakına dair bir status yazıb, video paylaşıb. Şahbaz onu asıb-kəsməyib, əmlakı müsadirə olunmaqla 15 il cəza istəməyib, işdə yol verdiyi nöqsanlara görə daha aşağı vəzifəyə keçirilməsini tövsiyə etməyib,........
