menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

“Qardaş, nə üstə tutulmusan?” - “Kömpüterdə şəki

30 0
07.05.2026

O gün əməkdaşlarımız daxili qrupumuzda bir şəkil paylaşmışdılar. Fotodan bizə tanınmış vəzifəli şəxsin yanında durmuş gənc və gözəl qız baxırdı.

Doğrusu, ilk dəqiqələrdə kəsdirə bilmədim ki, bu şəkil niyə paylaşılıb. Adi şəkil idi. Sonra şəkli qrupa atan dost xəbər verdi ki, bu, orijinal deyil, süni intellekt məhsuludur və qız bunu öz səhifəsində xalqa nümayiş etdirir.

Xanımın məqsədi nədir, xalqa nə demək istəyir, bilinmir. Bəlkə keçmiş sevgilisinə yandı-qındı verir, “bax, səndən də yaraşıqlı və imkanlı adam tapmışam” demək istəyir? Yaxud da bu şəkil onun intim fantaziyasını əks etdirir, kim bilir.

Allah tərəfi, şəkil o qədər ustalıqla hazırlanıb ki, bir kəs belə onun süni intellekt tərəfindən ərsəyə gətirildiyindən quşqulanmaz. Bəlkə də bu şəkili həmin tanınmış adama göstərsələr, fikirləşər, deyər, biz bu şəkli hansı tədbirdə çəkdirmişik, xatırlamıram, amma yaxşı düşmüşük.

Bəs bu şəkildə görünən gənc və tanınmış şəxsin həyat yoldaşı bunu görcək, vəkilinə deməzmi “o qızı tapın”. Vallahi, deyər də, tapdırar da, soruşar da: “Xeyirdimi, bala, sənin mənim yoldaşımın yanında nə işin........

© Müsavat