“İsrail itləri”, “İran tulaları” – soydaşlarımız
Son vədələr beynəlxalq sosial şəbəkələrin milli seqmentində yeni ifadələr, təzə-tər söz birləşmələri əmələ gəlib. Maşallah, namxuda, göz dəyməsin, hamısı da bol-bol işlədilir.
Onlardan ən populyarları bunlardır: “İsrail itləri”, “İran tulaları”, “İsrail nökərləri”, “molla aftafaları”, “sionist köpəkləri”, “Qum uşaqları”, “Təl-Əvivin agentləri”, “SEPAH-a işləyənlər”, “Mossaddan yallananlar” və sair və ilaxır.
Gördüyünüz kimi, ortada “Qüds” və “Yerusəlim” söhbəti yoxdur və bunun da öz mənası var. Məsələ budur ki, İsrailin əsas paytaxtı hazırda Yerusəlimdir, müsəlmanlar isə ona Qüds deyir. Əslində “Təl-Əvivin agentləri” yerinə “Yerusəlimin agemtləri” deyilməlidir. Amma bu halda bu, şəhərin bu adla, həm də İsrail paytaxtı kimi tanınması demək olar. “Qüdsün agentləri” desələr isə, elə çıxar ki, bunlar Fələsrin administrasiyasının agentləridir. Bax, belə bir incəlik. Həm mənasız, həm də intriqa dolu.
İndi gələk bu tərəflərə. Yuxarıdakı epitetləri bir-birinə deyənlər, yazanlar müstəqil Azərbaycan Respublikasının vətəndaşlarıdır. Onların əcdadları 200 il qabaq İran təbəəsi olub, ata-babaları isə sovet Rusiyasının müstəmləkəsi olan ölkəmizdə yaşayıblar. Bəylər və xanımların........
