“Dedilər, Moşu səni istiyir, istədim özümü yandı
Hamamda dəm qazından boğulan, amma ölməyən qızın söhbəti böyüyüb, türkün sözü, başqa boyutlara keçib. Əsas məsələ gənc nəslin təlim-tərbiyəsinin vəziyyətidir. Bu barədə az sonra.
Əzəl başdan onu deyək ki, o qızın gerçəkdən 14 yaşı varsa (böyük görünür), demək, həddi-büluğa çatmayıb. Ona görə də onun şəkillərini, videolarını yaymaq düzgün deyildi. Bəzən paylaşımlarda qızın gözünə qara qalın xətt çəkilsə də, təkcə ağız-burnunun görünməsi kifayətdir ki, hamı onu tanınsın. O qız bu gün ictimaiyyət arasına çıxsa, minlərlə adam onu barmaqla göstərəcək: “Aaz, aaz, bu o, hamamda oğlanla boğulan qız deyil? Ha-ha-ha”; “Qaqaş, o qızı tanıdın? Hamam, dəm qazı... Yaxınlaşaq, duş-muş təklif edək, hı-hı-hı”; “Buna bax, sən canın, utanmır, adam içinə çıxır” və s. Minlərlə bu cür reaksiya. Qızın həyatı cəhənnəm.
Orta yaşı adlamış insanların reaksiyası da bir başqa olacaq: “Bizim vaxtımızda belə şey yox idi”. Razılaşmamaq çətindir. 30-40 il əvvəl belə şeylər çox nadir hallarda olardı və olduğu yerdə (bir kənd-kəsəkdə, bir məhəllədə) də qalardı, ölkə boyunca işıqlandırılmazdı,........
