menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Bu, 33 ildən bir olur: bu gün o gündür...

51 0
21.03.2026

Bu, mənim üçün ikincidir…Birincisi 27 yaşımda başıma gəldi.İl 1993, aylardan mart!Məkan – Antalya. Törənin adı – Türk Qurultayı.

Otuz üç ildən sonra yenə eyni möcüzəni yaşayırıq. Ramazan və Bahar – Ergenekon bayramları üst-üstə düşüb.

Bəli, bu son dərəcə nadir hadisəni 60 illik ömrümdə ikinci dəfə görür və yaşayıram.

…O günlər təkcə tarix deyildi. Bir dönüş idi. Türk Dövlət və Topluluqlarının Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı ilə bu gün danışdığımız və yaşadığımız Türk Birliyinin ilk təməlləri atılırdı.

Zalda böyük isimlər var idi. Türkiyədən Prezident Turqut Özal, Baş nazir Süleyman Dəmirəl, Baş nazirin müavini İsmət İnönü… 

Bütün diqqətlər isə Türk dünyasının Başbuğu Alparslan Türkeşin üzərində idi. Onun illərlə danışdığı və hazırladığı “dış türklər” konsepti özünü doğrultmuş, gerçəkləşmişdi. Tez-tez dəyişən bütün Türkiyə yönətimləri uzun illər bu konseptə və xəttə qarşı çıxmışdı. “Sovetlərlə aramızı pozmayın”, deyə, ülküçülərə faşist damğası vurmuşdular. Nəticədə isə cəmi iki il öncə (1991) birdən-birə 5 türk respublikası ortaya çıxmış, Türkiyə dövlətinin isə heç bir hazırlığı yox idi. Milliyyətçi Çalışma Partiyasının (MÇP – o zaman adı belə idi) isə əlində hazır doktrina vardı. Və bunun müəllifi də Türkeş idi. Antalyadakı o tədbir də məhz onun təşəbbüsü, onun planı əsasında hazırlanmışdı. Bütün türklər orada idi. Dövlət olanlar da, topluluq-icma olanlar da.........

© Müsavat