Tramp haqlıdır, İranda rejim dəyişib - Görün, ki
SEPAH müharibədən sonrakı İranda öz yeni üstün mövqeyini dini dövlət modelinə asanlıqla güzəştə getməyə də bilər
İran savaşı Ukrayna müharibəsində olduğu kimi ictimai rəyi yenidən bölüb. Tərəflər bir-birini iranpərəstlikdə və sionizmdə günahlandırmaqdan belə çəkinmirlər. Belə ittihamlar Ukrayna savaşının ilk vaxtlarında da vardı. Amma o müharibə bizdən min kilometrlərlə aralıda hələ də davam etməkdədir, İranla savaş isə qulağımızın dibindədir, sonda bizə hansı ciddi təsirləri olacaq, onu demək də çətindir.
İran Ukrayna deyil- ərazi də, əhali də, savaşın məqsədləri də tam fərqlidir. Əvvəl gündən o fikirdəyəm ki, biz bu savaşdan heç bir halda mənfəət götürə bilmərik, ona görə bu ölkədəki rejimdən asılı olmayaraq(qərarı xalq verə bilər) dinclik və əmin-amanlıq bizim faydamızadır. Amerika və İsrail rədd olub öz sərhədinə çəkilməli, bütün problemləri diplomatiya ilə həll etməlidir. İran rejimin nə "mal olduğunu" Azərbaycan hamıdan daha yaxşı bilir. Amma bu müharibəyə haqq qazandıra bilməz.
ABŞ prezidenti Trampın “İran artıq rejim dəyişikliyi yaşayıb” fikrini zənnimcə, qəribsəməmək lazımdır. Tramp haqlıdır. Çünki fevralın 28-dək İranda dini rejim və onun........
