Putindən qorxaqmı?
Rusiya bu cür aqressiv siyasətlə ərazisinə Ukrayna boyda ərazi də qoşa bilər, amma bunların bədəlini mütləq ödəyəcək...
Ağ Evdə Avropa liderləri ilə Moskvanın təcavüzkar siyasətini necə durdurmaq barədə müzakirələr bir acı gerçəyi də təsdiqlədi: Rusiya dünyanın canını boğaza yığıb. Nədir bu və vəziyyət niyə belədir?
Həmin masada ABŞ daxil daha üç Avropa ölkəsi Rusiya kimi nüvə silahına sahibdir, NATO kimi milyonluq əsgəri gücü var, toplam pullarını göydən səpələsələr Moskva avronun altında qalar, ağılları da Putin və ətrafındakılardan az deyil. Bəs niyə bu dövlət liderləri Rusiyanın əlində girinc qalıblar? Niyə o masada bu qədər cəsarətsiz və çarəsiz görünürdülər? Bu həm də yalnız Ukrayna torpaqlarının işğalı ilə bağlı problem deyil axı... Gərək ki, Makron asta səslə dedi: “Rusiyanın növbəti hədəfi Avropa ölkələridir, bizik...” Yəni bu adamlar hətta Rusiyanın sonrakı davranışlarının öz sərhədlərinə təhlükə kimi şərh edirlərsə, o halda nə düşünürlər və ya nəyi gözləyirlər?
Ağ Evdə bu görüş səhnəsi Karl Marks və Frirdix Engels 1910-ci ildə Kommunist Partiyasının Manifestindəki məşhur cümlələri yada saldı: “Avropada bir kabus dolaşmaqdadır – kommunizm kabusu. Köhnə Avropanın bütün qüvvələri: papa və çar, Metternix və Gizo, fransız radikalları və alman polisləri bu kabusa qarşı müqəddəs bir təqib üçün birləşmişlər...” Müasir dövrdə bu........
© Müsavat
