Özbəkistana azarkeşlik etməli...
Azərbaycan milli komandası Latviya ilə yoldaşlıq oyununda yenə də qələbəsizlik seriyasını qıra bilmədi. Bu dəfə uduzmadı, səfər oyunu qolsuz bərabərliklə başa çatdı. Bu həftə isə Özbəkistan millisi də heç-heçə(0:0) etdi, amma tarixində ilk dəfə mundiala, həm də vaxtından əvvəl vəsiqə qazanmağı bayram etdi. Bu barədə az sonra...
Azərbaycan milli komandası ilə bağlı hər şey o qədər aydındır ki, onun oyununa baxmaq bəlkə də lazımsız əsəb gərginliyidir. (Sağ olsun mini futbolçularımız, dünya çempionu olmaqla bizi sevindirdilər). Son üç yoldaşlıq oyunun nəticəsi hər şey deyir: xəritədə yerini belə çətinliklə tapılan cırdan, üstəlik qeyri-sabit Haiti ilə yoldaşlıq görüşündən sonra(0:3) Belarusa da uduzdu(0:2). Son üç yoldaşlıq görüşündə qapısından 5 top buraxıb, bir dəfə də fərqlənə bilməyib.
Ötən ilin yayından milli komandaya rəhbərlik edən portuqaliyalı mütəxəssis Fernandu Santuş Belarusla oyundan sonra “karyeram boyu bu qədər uduzmamışdım” deyəndə əslində özünə deyil, Azərbaycana sitəm etmişdi. Milli komanda haqda artıq sözə gərək yox, amma Özbəkistan millisi barəsində yazmağı haqq edir.
***
Bəllidir ki, 2026-cı il mundialı ilk dəfə üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək. Bu mundialda final mərhələsində iştirakçıların sayı 32 komandadan 48-ə yüksəlib. Mənə qalsa, lazımsız işdir, amma mövzu bu deyil.
Özbəkistanın mübarizə apardığı Asiya qitəsində 18 komanda üç qrupa bölünüb. Ən yaxşı iki komanda birbaşa DÇ-2026-ya vəsiqə qazanacaq. Özbəkistan arzusunu gerçəkləşdirmək üçün ilk dörd turda( Şimali Koreya(1:0), İran (0:0), BƏƏ (1:0),........
© Müsavat
