menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Silahlar yandırıldı, PKK bitdimi – Səhnənin arxa

11 10
yesterday

Gözlənilən oldu. PKK terrorçuları bu gün səhər saatlarında İraqın Süleymaniyə şəhərinə bağlı Surdaş rayonu ərazisində xüsusi mərasimlə silahlarını təhvil verib. Silahı təhvil verənlərin 15-i qadın, 15-i kişi terrorçu olub. Daha sonra təhvil verilən silahlar nümayişkaranə şəkildə böyük qazana atılaraq yandırılıb.

Əlbəttə, bu, simvolik hadisədir. Çünki araşdırmalara əsasən, hazırda PKK düşərgələrində 4 mindən çox silahlı var. Bu ilin yazında PKK-nın ləğvi məsələsi gündəmə gələndə mediada bu prosesin bəzi detalları açıqlanmışdı. Belə ki, silah təhvil vermə prosesi müəyyən müddətdə həyata keçiriləcək. Türkiyə vətəndaşları olan və konkret olaraq qətl və terror cinayətində iştirak etməyənlər silahı təhvil verib Türkiyəyə gələcək və burada müvafiq qurumlar tərəfindən qəbul olunacaq.

İkincisi qrup PKK üzvü olan əcnəbilərdir. Bunlar haqqında axtarış və ya həbs qərarı olmayanlar öz ölkələrinə göndəriləcək.

Üçüncü qrup isə haqqında axtarış qərarları olan şəxslərdir, hansılar ki, Türkiyəyə qayıtmaq istəməyəcək. Bu şəxslərin Cənubi Afrika Respublikası, Norveç kimi........

© Müsavat