menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Sürünənlər niyə uçmur: “sadələr”ə mürəkkəb baxış

27 0
15.04.2026

Yolun böyük hissəsi arxadadır, qarşıda sayılı illər, bəlkə də aylar qalıbdır. Amma hətta sayılı sabahlar da dünəni xatırlamaq, dünənkilər haqqında düşünmək-daşınmaq üçündür. Elə bir ay otursaq bircə cümləsini yaza bilməyəcəyimiz Folkner də təxminən belə yazmamışdımı: sabah da bugünün davamıdır, başqa adıdır... Qərəz, oxucunu yormayaq, mətləbə keçək. Sovet vaxtında bir şeirə seçilmiş epiqraf hələ də yadımda qalıb: hökmdarlar şairləri anlayanda onları edama göndərirlər...İndi də hərdən bu sözlər yadıma düşür. Başlayıram lap əvvəlcə bütün Qərb şairlərini, yazçılarını – Homeri, Servantesi, Danteni, Şekspiri, Höteni, Bayronu, Heyneni və başqalarını kino kadrları kimi gözümün önündən keçirməyə. Amma hansınınsa hökmdarlarla hansısa ciddi problemini yada sala bilmirəm.Keçirəm Şərq ədiblərinə - Firdovsiyə, Nizamiyə, Fizuliyə, nə bilim, Axundova, Mirzə Cəlillə, hətta Sabirə! Bu adamların da onda bilavasitə hakimiyyətlə, hökumətlə ciddi problemi olmayıb axı! Əvvəllər sarayların zinəti “ədəbi məclislər” olurmuş. Bircə Nəsiminin problemi (başqasını yada sala bilmirəm!) olub, amma bu xüsusda da hələ çox mübahisələr gedir, necə ki, hələ də insanlar müzakirələr edirlər ki, İsa peyğəmbərin edamına görə romalıları, İudeya hökmdarı Pontiy Pilatı qınamaq lazımdır, yoxsa yəhudi ravvinlərini? Bizim ədiblərin də ruslar kimi problemləri Sovetlərin dövründə başlayıbdır–hətta rus çarları da bəzi şairləri uzağı, Qafqaza–filana əsgərliyə göndərərdilər. Düzdür, Dostoyevski kimi katorqa yaşayanı da olub, amma əsərlərinə görə göndərmşmişdilər ki! Əksinə, bəzi yazılanlara görə, adam bir az ağıllanandan- müdrikləşəndən sonra hətta çarın övladlarına tərbiyəçilk edib, özü də çox monarxist-slavyanistmiş.Yəni hara çevirirsən çevir, görürsən ki, yenə də şairləri, yazıçıları son anda başa düşən, anlayan hökmdarlar olub, ən azı ona görə ki, məşhur məsəl bir var, deyir ki, zər qədrini zərgər bilər...Vaxtilə bir rəvayət danışırdılar. Əlbəttə, Fizuli heç vaxt zindanda–filanda olmayıb, amma deyirdilər ki, guya şairi məhbəsə atıblarmış və o, bir dəfə görür ki, bir sadə məhbus hey ona baxıb gözünün yaşını axıdır. Şair dözməyib soruşur ki, sənə nə olub? Məlum olur ki, sadə adam çobanmış və bilirsiniz, guya o, Fizuliyə nə deyibdi? Sənin saqqalın mənə keçimin saqqalını xatırladır!..Düşünürəm, şərhə ehtiyac yox, amma əlbəttə, bir rəvayətdir bu. Belədəsə, digər məşhur məsəli xatırlamırsınızmı? Fizulu dərd əlindən dağa çıxdı, dedilər, bəxtəvər yaylağa çıxdı...Odur, şair qardaşlar, hökmdarların ətəyindən bərk yapışın, sizi başa düşsə, yenə də onlar düşəcək, “sadə camaat” deyilən toplumdan heç nə gözləməyin: bunlar yüz........

© Müsavat