Şah İsmayılla Napoleonu nə birləşdirir?..
Ötən dəfə bir yazıda müasir şiəlik haqqında bir-iki sətir yazandan sonra düşündüm ki, buna bir daha qayıtmaq, bir az da aydınlaşdırmaq lazımdır. Bilrinsinizmi, niyə? Şiəlik həm də Azərbaycan-İran türklüyü üçün bir identifikasiya vektoru kimi çıxış edir.Hazırda türklüyün üç böyük müstəvisi var: Osmanlı-Türkiyə, Azərbaycan-İran və bir də indiki Mərkəzi Asiya-Türküstan. Bunları bir az da personifikasiya etmək olardı: Osmanlı (Osman Qazi və ya İstanbulun fatehi 2-ci Sultan Mehmet), Səfəvilər (Şah İsmayıl) və Teymurilər (Əmir Teymur)...Azərbaycan–İran türkləri səfəvilərlə, qızılbaşlarla bağlıdır, hərçənd, qızılbaşların etnik və hətta siyasi arealı bir az da geniş olubdur, amma əsas nüvə indiki Azərbaycan-İran coğrafiyasıdır. Odur, bir daha deyim ki, şiəliyə həm də bizim türk kimi məxsusi identifikasiya vektorumuz kimi yanaşanlar da var– bəli, bu, bizi digər türklərdən fərqləndirən və bir böyük etnik qrup kimi səciyyələndirən ciddi amildir.Amma zamanın da diqtəsi olur. Türklər İslamın az qala, bütün cərəyanlarını özlərində ehtiva edirlər, aralarında nəinki xristianlar (məsələn, qaqauzlar, yakutlar və b.), hətta bildiyimə görə, iudaistlər də var. İndi böyük bir ərazidə (Ön Asiyadan tutmuş Mərkəzi Asiayadək!) bu etnosun ən müxtəlif alt-sistemlərinin yaxınlaşaması və hətta qovuşması prosesi gedir. Odur, dini baxşalar da yaxınlaşacaq və bu, həm bizim etnos, həm də islam qövmü kimi yaxınlaşamağımıza səbəb olacaq və düşünürük, çox yaxşı da olacaqdır...O ki qaldı keçmiş səfəviliyə-qızılbaşlığa, bunun da daha dərin tarixi- kültürəl cəhətləri qalacaq, qalanlarısa tədircən unudulucaq, hətta ola bilsin, hətta tamam arxa plana keçəcək. Amma........
