Polşa Banderadan indi xəbər tutub?..
Bizim azərbaycanlıların az qala, adamı dəli edən məşhur sözləri var; bəli, nə olursa, bunlar qayıdır ki, əşşi, fikir vermə, oyundur, oyun gedir!
Mənsə fikir vermişəm ki, belə “yanaşma” ölkədə 1993-cü ildən sonra başladı – bəli, o vaxt elə hadisələr olurdu ki, hətta ən səbrli adamı belə şübhəyə salırdı, adam az qala, özü də şübhələnməyə başlayırdı ki, bütün bunların içində elə həqiqətən də dərin “konspirologiya”, gizli södələşmə yoxdur ki?
Beləcə, bu, az qala, siyasi mentalitetə çevrildi, az qala, dünyadakı prosesləri də çozmək üçün bir meyara döndü və çox təəssüf, bu gün də davam edir: məsələn, adam həbsdədir, amma yenə də deyirlər ki, bəs fikir vermə, daha bir oyundur...
O gün oxuyuram, Polşanın hətta müdafiə naziri də deyir ki, Kiyev Banderayla Aİ-a girə bilməyəcək! Oxucunun yadına........
