Məmur bəylərin ən çox qorxduğu nədir?. .
Əvvəlcə deyim ki, indi insanlarımızın çoxunun ağlında bir sual var: görəsən, iki möhtəşəm bayram ərəfəsində əfv olacaq, ya olmayacaq? Adətən belə şeylər olanda əvvəldən söz-söhbət başlayır. Həm də sonuncu böyük amnistiya, səhv etmirəmsə, bir neçə ay bundan əvvəl oldu, üstəlik, deyəsən, onun icrası hələ tam başa çatmayıb, ona görə güman, belə tezliklə daha bir fərman olmaz. O vaxt hətta kiçik bir yazı da yazmışdım və həm də qeyd etmişdim ki, bu, amnistiya həm sevindirir, həm də düşündürür. Sevincli tərəfi hamıya aydın məsələdir. Düşündürücü məqamsa bu, idi ki, beynimdə kiçik hesablama aparmışdım ki, əgər bu qədər adam əfv olunursa, deməli həbsdə olanların sayı bundan bir neçə dəfə artıq olmalı və ən azı filan qədər təşkil etməlidir–doğrusu, təxmini ədəd artıq yadımda deyil. Bunu ona görə təxmin etməyə çalışmışdım ki, Avropa strukturları ilə əlaqə olan zamanlarda onların ekspertləri daim deyirdilər ki, əhaliniz o qədər böyük deyil və belə kiçik cəmiyyətçün bu qədər məhbus çoxdur. Ona görə qanunlarınıza baxın, bəlkə onlar zəruri olandan daha sərtdir?..Sonralar bəlkə də belə iradlar ucbatından Avropayla münasibətlər soyudu və bütün bunlar tamam yaddan çıxdı və unuduldu. Amma özüm hüquqşünas olmasam da azı beynəlxalq sənədlərlə, eləcə bizim hüquqi aktlarla tanışam və dəfələrlə yazmışam ki, qanunlarımızda “lazeyka”lar çoxdur, onlar mümkün qədər birmənalı olmalıdır, bizdəsə “və”, “və yaxud” kimi ibarələr çoxdur, bu, da hüquqi sepkulyasiya üçün zəmin yaradır: bəli, hakimlərin “bığ”ının altından keçsən cəza az da ola bilər, hətta bəzən məsələni daha yüngül cəzayla, cəriməylə də bitirmək........
