“Molla”lar İranı necə məhv etdi?..
Bəli, müharibə başladı. Ötən həftənin sonunda xəbər gəldi ki, ABŞ (müttəfiqi İsraillə birlikdə!) və İran qarşılıqlı raket hücumuna start veriblər. Artıq ilk gündən məlum oldu ki, İran da ABŞ-ın bölgədəki müttəfiqlərinə də zərbələr endirməyə başlayıb. Tehran əvvəllər də bunu deyirdi, amma müharibənin coğrafiyasının bu qədər genişlənməsi onun üçün nə dərəcədə məqbul və məntiqlidir?İlk anlardan müharibənin tempi bir o qədər də böyük savaş təsiri bağışlamırdı. Bunu ona görə deyirik ki, belə hücumlar adətən ildırım sürətli olur. Həm də deyəsən, əməliyyatlara çox hay-küylü “Şir nərəsi” adı veriblər. Görək, doğrulacaqmı?Əlbəttə ki, zaman göstərəcəkdir. Artıq indidən bunun ABŞ üçün Vyetnam və ya Koreya, xüsusən də Əfqanıstan olacağı deyilir. Amma söylədiyim ölkələrin heç birinin məxsusi özəllikləri, müharibəni çətinləşdirən xüsusiyyətləri (məsələn, Vyetnamdakı meşələr-cəngəlliklər, Əfqanıstandakı dağlıq şərait!) İranda yoxdur, adətən Ştatlar bu regiondakı əməliyyatlarda hələki böyük uğursuzluqlar yaşamayıb, əlbəttə, nəzərə almasaq ki, İran çox böyük ölkədir, 80 milyondan çox əhalisi var, silah-sursat sarıdan kasadlıq yaşamır, o halda ABŞ və İsrailin bu əməliyyatarına ifrat optimist münasibət sərgiləməyə də əsas olmadığı ilə razılaşmaq lazım gələr.Bir sözlə, gözləyək, görək, nə olur? Düşündürücü məqamlardan biri də budur ki, Vaşinqtonla Təl-Əvivin məqsədləri də tam aydın deyil. ABŞ prezidenti daim belə detalı vurğulayırdı ki, Tehranın nüvə silahı əldə etməsinə imkan verilməyəcək, Təl-Əvivsə bu xüsusdakı bəyanatlarında bir az da sərtlik edir, Tehranın hətta raket potensialını da maksimum dərəcədə məhdudlaşdırmağa zərurət olduğunu bildirirdi. O ki qaldı İran rejiminin taleyinə, nə Vaşinqton, nə də Təl-Əviv hələ bu haqda israrlı bir mövqe nümayiş etdirməyib, necə deyər, 50:50! Gah deyirlər ki, rejim də dəyişməlidir, gah da işarə edirlər ki, ruhani rejimilə də sövdələşməyə hazırdırlar.O ki qaldı rejimlə bağlı daxili siyasi “aktor”lara, Əli Xameneyi yaxınlarda az qala, vəsiyyətini etdi və deyildi ki, guya yerinə kimisə hazırlayıb. Onda da dedik ki, bu, onun tək qocalığı ilə bağlı məsələ deyil, güman, dini lider ən müdhiş senariləri belə istisna etmir, rejimin maraqları naminə iranlıları da ən ağır senarilərə sürükləməyə hazırlaşır. Bazar günü Xameneyinin artıq öldürülməsi xəbəri gəldi. Prezident doktor Pezeşkian (təəssüf, getdikcə hətta görkəmcə keçmiş mühafizəkar prezident Əhmədinejada bənzəməyə başlayır. Xameneyidən sonra hakimiyyəti əlində cəmləşdirməsiçün şansı yaranıb, görək, bacaracaqmı?)........
