Zəngəzur dəhlizinin boğazındakı “kal armud”
Vaxtaşırı ABŞ və İsrailin zərbələrinə məruz qalan İran fürsət tapanda, azacıq atəşkəs rejiminin yaratdığı imkanlardan yararlanıb nəfəs dərəndə tez-tələsik özünü Ermənistana yetirir, uzun illər ərzində “nəfəslik” rolunu oynadığı bu ölkəyə “qulaqburması” verir. Gedişat göstərir ki, Tehranın İrəvana gözağartmaları işə yarayır: Nikol Paşinyanın seçkilərdən sonra ilk səfərini İrana etməsi də təsadüfi deyildi.
İran ötən ilin 8 avqustunda ABŞ-də əldə olunmuş Zəngəzur dəhlizi – TRIPP marşrutu ilə xəyalların gerçəkləşə biləcəyinə əmin deyildi, düşünürdülər ki, uzun illər ərzində “Ermənistanın ərazi bütövlüyü bizim qırmızı xəttimizdir” təhdidi İrəvanı dəhliz anlaşmasından çəkindirməyə xidmət edəcək.
Amma alınmadı, Ermənistan dəhlizin onun ərazi bütövlüyünə təhlükə yaratmadığına Trampın şahidliyi ilə əmin olduqdan sonra müvafiq addımların atılmasına, ABŞ şirkətinə icarəyə verilən bu nəhəng layihənin gerçəkləşdirilməsinin vacibliyinə qərar verdi. Ancaq görünür ki, Hörmüz boğazı ilə bağlı gərginlikləri tətikləyən İran 43 km-lik Zəngəzur dəhlizində də “kal armud” funksiyasını icra etmək iddiasından əl götürmək niyyətində deyil. Elə Zəngəzur dəhlizinə yaxın bölgədə, Qafan şəhərində aparılan İran-Ermənistan müzakirələrinin də təməlində bu qəsd dayanır. Yoxsa birdən-birə nə baş verdi ki, İran başına ələnən raketləri zərərsizləşdirmək əvəzinə rəsmilərini Ermənistana, Qafana yollayır? Bu, Vətən müharibəsindən sonra tez-tələsik Qafanda İranın Baş Konsulluğunun açılışını keçirməyə bənzəyir – tikilinin suvağının qurumasına və təmir işlərinin başa çatdırılmasını gözləməyə belə səbrləri çatmamışdı...
Bu günlərdə Ermənistan Politoloqlar Assosiasiyasının rəhbəri Miqran Şahzadeyan Zəngəzur dəhlizinin ölkə üçün ciddi geosiyasi və təhlükəsizlik riskləri yarada biləcəyini iddia etmişdi. Guya ki, Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi nəticəsində Ermənistan təkcə İranla əlaqələrindən məhrum olmaq təhlükəsi ilə üzləşməyəcək. Onun fikrincə, ölkə eyni zamanda demək olar ki, Rusiyadan da təcrid oluna və İran hərbçilərinin potensial hədəfinə çevrilə bilər. Tipik erməni yalanı və hay-küyü! Zəngəzur........
