menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Telefonsuz Şahramanyan, İrəvandakı separatizm yu

24 0
25.05.2026

Qarabağ ermənilərindən on illər boyu Azərbaycana qarşı alət kimi istifadə edənlər bu günlərdə onları Nikol Paşinyan komandasına qarşı səfərbər etməyə çalışırlar. Amma 7 iyun seçkilərinin təkcə özü üçün deyil, Ermənistan üçün də taleyüklü olduğunu anlayan Paşinyan  “maşa” rolunda çıxış edənlərə münasibətdə çox qəzəblidir və hətta onların “kökünü kəsəcəyini” deyir.

Son aylar Qarabağdan getmiş separatçıların baş nazir Nikol Paşinyana qarşı radikal hücumları sosial şəbəkədə və yerli mediada gen-bol ictimailəşdirilir. Hakimiyyət mediası da bu kimi faktları senzurasız tirajlayır. Qarabağ erməniləri tərəfindən Paşinyana gah qatarda, gah küçədə, gah da ticarət mərkəzlərində hücumlar olur, onu “Qarabağı satmaqda” ittiham edirlər. Heç şübhəsiz ki, bu şəxslər seçkiqabağı xüsusi təlimat almış adamlardır. Amma Nikol Paşinyan da o ittihamların qarşılığında sərt addımlardan, hətta qarşısındakıları və onların arxasında gizlənən caniləri təhqir etməkdən çəkinmir, çünki məsələnin mahiyyətindən xəbərdardır. Baş nazir görür ki, Qarabağdakı separatizmi qızışdıran ölkə 44 günlük müharibədən sonra da Ermənistandakı qarabağlılara “rus əlifbası”ndan tutmuş, döşəkağına qədər “humanitar yardımlar” daşıyır, seçkiöncəsi də onları qızışdırıb yenidən ortaya atıb. Dövlət başçısı səviyyəsində “Qarabağı Azərbaycan ərazisi kimi birinci Paşinyan tanıdı”, bəyanatının arxasında baş naziri didib-parçalamaq mesajı var idi sözsüz ki...Buna nail ola bilmədilər, hesab edirlər ki, gözdənsalma kampaniyası ilə Paşinyanı 7 iyunda “gedər-gəlməz”ə göndərə bilərlər. Elə xüsusi tapşırıqla İrəvana gəlmiş kilsənin donoru milyarder Samvel Karapetyandan tutmuş, Xocalı canisi Robert Köçəryana qədər radikalların hərəkətə keçməsinin, küçələrdə Qarabağ ermənilərinin “hüquqlarını müdafiə edənlərin” çoxalmasının da səbəbi göndərilən xüsusi direktivlərdir.

Amma Nikol Paşinyan da bu qüvvələrin nazı ilə oynamaq niyyətində olmadığını nümayiş etdirir: səsini çıxaranları “dam”a basdırır. Qarabağdan qaçıb getmiş separatçıların başçılarını da sakit buraxmaq niyyətində olmadığını bəyan etdikdən az sonra müvafiq orqanlar hərəkətə keçib.

Qarabağdan Ermənistana getmiş erməni separatçılarının........

© Müsavat