menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Rusların güllə yağışı altında qalstukunu çeynəyə

29 1
27.01.2026

Açığı, Mixail Saakaşvilinin bu mövqeyi şəxsən mənim üçün çox gözlənilməz oldu. Gürcüstanın illərdir həbsdə saxlanılan keçmiş prezidentinə qəfildən nə oldu ki, Zəngəzur dəhlizi ilə bağlı narahatlığı baş qaldırdı? Məntiqlə Mişanı Gürcüstan azərbaycanlılarına qarşı vaxtaşırı baş qaldıran millətçi dalğa narahat etməli idi. Yaxud rəsmi Tiflisin 3 3 formatından “pəhriz saxlaması”nın Gürcüstana heç nə qazandırmayacağını təcrübəli siyasət adamı kimi başa salmalı idi. Yoxsa Zəngəzur dəhlizi “təhlükəsi”ndən danışmaq?..

Axı, Saakaşvili təqribən 3 il əvvəl Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan və Ermənistana müraciət edərək Cənubi Qafqazda hərbi münaqişə ola biləcəyi barədə xəbərdarlıq etmişdi və bunda Rusiyanın xüsusi marağı olduğunu bildirmişdi. Üstəlik, o, məsələnin alternativ həll yolları ola biləcəyini vurğulamışdı.

Sitat: “Mən Azərbaycan və Ermənistan liderlərindən Ukrayna və Moldova arasında mövcud razılaşmanı mümkün nümunə kimi nəzərdən keçirmələrini xahiş edirəm. Bu iki ölkə bir-birinin sərhədlərini tanıyan müsbət qonşuluq münasibətlərini saxlayır. Ukraynanın Odessa şəhərindən Odessa vilayətinin cənubuna nəqliyyata ehtiyacı olduğu bir ssenaridə Moldova Dnestr bölgəsi boyunca bir yolu icarəyə götürməyə razılıq verdi. Keçmiş Odessanın qubernatoru kimi Ukraynanın Bessarabiyasına getməli olanda tez-tez Ukrayna sərhədçilərinin nəzarəti altında bu icarəyə götürülmüş yoldan (onu təmir etmişəm) istifadə edirdim. Moldova bu müqavilədən kommersiya faydası əldə edir. Azərbaycan və Ermənistan arasında yaranmış vəziyyətə bənzər həll variantının həyata keçirilməsi hər iki ölkə üçün faydalı olardı. Ermənistan mühüm tranzit marşrutlarına çıxış əldə edəcək, həmçinin kommersiya və maliyyə üstünlükləri əldə edəcək”.

Bu xitabında o, “Dədə Qorqud”luq edir, hər iki Cənubi Qafqaz........

© Müsavat