Qalibaf niyə demir: “Ay adam, raket atan Azərbay
Atəşkəs anlaşması olsa da, İranla İsrail və ABŞ arasında gərginliklər səngimir, hava zərbələri fasilələrlə davam edir. Gərginliyə son qoyulmasını, tərəflərin münasibətlərini masada müəyyənləşdirilməsini ən çox istəyən ölkələrdən biri Azərbaycan Respublikasıdır. Amma bunun əvəzində... İran İslam Şurası Məclisinin (parlamentin) Milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Əbülfəz Zöhrəvənd Azərbaycanı hədələyib. Anormallıqdır! Başqa ad axtarmağa gərək yox. Sənin ölkənin başına bombalar yağdıranlar başqa, milyardlarla zərər vuranlar, vətəndaşlarını, hərbi və siyasi rəhbərliyini, hətta dini liderini öldürənlər başqaları, amma sən müsəlman qonşunu təhdid edirsən, belə bir xəstə düşüncə sahibinə deməyə söz tapmır adam.
Özü də bu, fars şovinisti Azərbaycan dövlətini “üç-dörd saata yer üzündən silməklə” hədələyib. İsraili də bir neçə saata yer üzündən siləcəklərini deyən generallar, İran yetkililəri indi o dünyada inkir-minkirin suallarına cavab verirlər. Elələri də var idi ki, Zəngəzur dəhlizinin daşını ikiəlli götürüb öz başına salmışdı, altından çıxa bilmirdi. Digərləri Qarabağın işğaldan azad olunmaması üçün əlindən və dilindən gələni edirdi. Başqalarının 44 günlük Vətən müharibəmizdən, bir günlük antiterror əməliyyatından sonra yuxusu qaçmışdı, Azərbaycanı hədələyir, işğalçı və separatçılara gizli-açıq dəstək verirdilər. Sonrası məlumdur. Biz dövlət və vətəndaş olaraq heç kəsin pisliyini istəmirik, hətta bizə pislik edənlərin də nəhayət, düz yola gəlməsi üçün təşəbbüslər göstərir, dualar edirik. Lakin görünən budur ki, Əbülfəz Zöhrəvənd kimilər islah olmaq istəmirlər. Özü də onun anti-Azərbaycan mövqeyi yeni deyil. İsrail və ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarından çox-çox əvvəllər də həmin bu Əbülfəz Zöhrəvənd Azərbaycana çamur atmaqla məşğul idi, internetdə azacıq axtarış verməklə onun gerçək mahiyyətinə bələd olmaq mümkündür.
2024-cü ilin mayında Zöhrəvənd “Şəbab Press” saytına müsahibəsində demişdi ki, Azərbaycan Respublikasının hökuməti sionist və qərb siyasətini həyata keçirir, Azərbaycan Respublikasının müsəlman xalqı yaxşı vəziyyətdə deyil, Əliyev hökuməti qərb siyasətini və təfəkkürünü təbliğ edir. Başqa avantürist sayıqlamaları da var idi. Ölkəsində haqqı danışanın dili kəsildiyi, dərhal “İsrail və Amerika cəsusu” damğası ilə dar ağacına aparıldığı, kranlardan asılmış kəndir boğazına keçirildiyi halda, Azərbaycanın daxili işlərində eşələnir.
“Biz görürük ki, Azərbaycan hökumətinin İslam ölkələri ilə qardaşlıq əlaqələri yoxdur və sionist rejim Qəzza və Rəfahda müsəlmanları qətlə yetirdiyi bir vaxtda Azərbaycan hökuməti sionist rejimə qarşı dəqiq bir mövq nümayiş etdirmir”, kimi gülünc iddianı........
