Paşinyan Ağrıdan imtina etdi - Baş nazir Bakıdan
Ermənistan rəhbərliyi oyunbazlıqlardan birdəfəlik imtina edərsə, Azərbaycan və Türkiyənin təhlükəsizlik təminatı verməsi halında həm ölkə üçün “kadastr sənədi” almağa nail ola bilərlər, həm də ayrı-ayrı qüvvələrin ermənilərdən “maşa” kimi istifadə edib, bölgədə növbəti gərginlik ocağının çatılmasına imkan verməzlər.
Azərbaycan Prezidentinin təqdim etdiyi yol xəritəsinin nə qədər uğurlu və effektiv olduğunu ötən illər ərzində hər kəs gördü. Bir vaxtlar Azərbaycan və Ermənistan arasında uzun illərdən bəri düşmənçiliyin davam etdiyini əsas gətirib, mütləq vasitəçiyə ehtiyac olduğunu deyən, bölgəyə soxulmaqdan ötrü fürsət axtaran qüvvələrin lobbiçiliyini etməyə çalışan Nikol Paşinyan belə, artıq üçüncünün iştirakı olmadan danışmağın, yola getməyin, ticarətin, normal əməkdaşlığın mümkün olduğunu etiraf edib, hər fürsətdə Azərbaycana təşəkkür edir.
Ermənistanda ortalığı qarışdıranlar da az deyil. Bu mənada seçkiöncəsi Paşinyan komandasının 7 iyuna doğru “iynə ilə gor qazdığının da fərqindəyik. Düz 40 gün qalıb. Paşinyan 40-cı qapıdan sağ-salamat içəri keçməkdən ötrü dayanmadan çalışacaq. Özü də təkcə ölkə daxilindəki revanşistlərə, radikal müxalifətə qarşı deyil, həm də ayrı-ayrı qüvvələrin əlində oyuncaq olanlara və fərqli paytaxtların planları əleyhinə mübarizə aparacaq.
Mayın ilk günlərində Avropa İttifaqının sammitinin keçiriləcəyi günlərdə, daha sonra Avropa Siyasi Bürosunun toplantısında da İrəvan Rusiyanın gözündə “İkinci Ukrayna”, yaxud “Moldova ssenarisinin təkrarlanacağı” ölkə kimi görünəcək. Son günlərdə Rusiyadan İrəvana barmaq silkələnməsi davamlı xarakter almaqdadır. Ölkə iqtisadiyyatının miskin günə düşəcəyi barədə təhdidlər müxtəlif rəsmilər tərəfindən ifadə olunur.
2023-cü ildə yaradılmış Ermənistanın “HayaQue” milli vətəndaş birliyi Avropa İttifaqına üzv dövlətlərə, onların hökumətlərinə........
