Moskva ilə İrəvan arasındakı “davalı kino” və Kr
Ermənistana hələ də taxıl və gübrə yollayan Rusiya hələlik Nikol Paşinyanın seçki qələbəsinə görə iki kəlməlik təbrik göndərməyib. Bu faktın özü təəccüb doğurur. Amma görünür əldə olunan bəzi anlaşmalar var, əks təqdirdə, Kreml elə ermənilərin taxılını kəsərdi ki, xalq hakimiyyətə qarşı kütləvi üsyana qalxsın, Nikol Paşinyanı devirsin.
Görün arxayınlıq nə qədərdir ki, Paşinyan açıq şəkildə çağırış edir: “Məni istəmirsinizsə, ayağa qalxın, devirin!”
Deməli, 1 aprel görüşündə Ermənistan hakimiyyətinin hansı məsafəyədək Kremldən uzaqlaşa biləcəyinin xəritəsi cızılıb, tərəflər “yol xəritəsi”nin surətini qovluqlarına qoyub, ayrılıblar. Əks təqdirdə, sanksiyalar yalnız ərik, bibər, xiyar-pomidor, yaxud “Cermux”la məhdudlaşmazdı.
Diqqət edin, Avropa təşkilatları Rusiyanın Ermənistana sanksiya xəbərini alar-almaz İrəvan üçün yardım paketini qəbul etməyə başladılar. Təkcə Avropa Komissiyası “öz boğazından kəsib”, Ermənistana 34 milyon avro ayırdı. Bundan əvvəl Avropa Sülh Fondu 30 milyon yollamışdı. O tərəfdən ABŞ Beynəlxalq İnkişafın Maliyyələşdirilməsi Korporasiyasının (DFC) Direktorlar Şurası Amerika və Ermənistanın birgə müəssisəsi olan “TRIPP Development Company”nin yaradılmasını təsdiqlədi. Rəsmi açıqlamaya əsasən, layihə ümumi dəyəri 2,5 milyard dollar olan strateji investisiyalar paketinə daxil edilib. Avropa İttifaqı neçə ildir ki, Ermənistana 2,5 milyard avroluq dəstək paketinin qəbul ediləcəyi anonsunu edir. 2024-cü ilin yazında Brüsseldə keçirilən toplantını da unutmamışıq: o zaman ABŞ Ermənistana 65 milyon, Avropa İttifaqı isə 270 milyon avro qrant ayıracağını elan etdi. Hələ ayrı-ayrı Qərb fondlarından Ermənistana “vətəndaş cəmiyyəti” adı altında ayrılan milyonları demirik. Bir sıra hallarda Cənubi Qafqaz ölkələri üçün nəzərdə tutulan vəsaitin böyük hissəsi Ermənistana axır. Beləcə, Ermənistanı “dollar və avro yağışı”na tuturlar. Rusiyanın Ukrayna........
