Məsud Pezeşkian niyə “Bakı-Təbriz bir olsun” dem
Prezident Məsud Pezeşkian fevral ayında Təbrizdəki tədbirdə Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam”ından iki bəndi türkcə dedikdən sonra fars şovinistlərinin nümayəndəsi tribunaya yaxınlaşıb, ona yazılı xəbərdarlıq etmişdi. İran prezidenti isə həm də pərtliyini gizlətməkdən ötrü gülümsəyərək “İki cümlə türkcə şeir oxumaqda problem yoxdur” demişdi. Təsəvvür edin, bir ölkədə milyonlarla insanın səs verib, seçdiyi dövlət başçısı ana dilində səkkiz misra səsləndirir, amma çıxışına müdaxilə olunur...Odur ki, çoxları gözləyirdi, görəsən, Pezeşkian Azərbaycana səfərində ana dilində danışacaqmı, hansısa şeirdən parça söyləyiəcəkmi, yaxud elə Şəhriyardan, “Heydərbabaya salam”dan deyəcəkmi?
Gəldi, danışdı, dedi. Təbii ki, mümkün olanları dedi. Əslində Məsud bəyin aylardır gözlənilən səfərinin son anda, Bəndər Abbasda baş verən dəhşətli, həm də müəmmalı partlayışdan sonra təxirə salına biləcəyi də ehtimallar arasındaydı. Azərbaycana səfər öncəsi 70-dən artıq şəxsin ölümü, 1200-dən artıq insanın yaralanması ilə nəticələnən hadisə ilə eks-prezident İbrahim Rəisinin Türkiyə səfəri ərəfəsində - 3 yanvar 2023-cü ildə - Kerman şəhərində törədilən terror hadisəsi arasında paralellik də aparmaq olar. Deməli, budəfəki hadisə də sadəcə qəza olmaya bilər. Üstəlik, hər iki halda türk dövlətlərinə səfər ərəfəsində baş verən dəhşətli hadisələrdir.
Məsud Pezeşkian Azərbaycana çox böyük önəm verdiyi üçün səfəri təxirə salmadı, yalnız iki günlük proqramı bir gün qısaltmalı oldu. Amma 120 nəfərlik heyətdə azərbaycanlı iş adamlarının, rəsmi şəxslərin, o cümlədən Cənubi Azərbaycan olaraq tanıdığımız, İranın şimal bölgəsinə rəhbərlik edən ostandarlar, digər məmurların olması səfərə möhtəşəm hazırlıqdan xəbər verirdi.
Baxmayaraq ki, İranda elə ağır hadisə baş vermişdi, əhval-ruhiyyəyə təsir göstərmişdi, amma yenə də yüksək hərarəti müşahidə etdik bir günlük səfər boyunca. Azərbaycan Prezidenti İlham Əliyevlə Təbriz türkü olan Məsud bəyin səmimi qucaqlaşması – həm görüşəndə, həm də ayrılanda – çoxlarımızı kövrəltdi. Bu, həm 60 milyona yaxın Azərbaycan türklərinə, həm 350 milyonluq dünya türklərinə, həm də ümumilikdə dost-düşmənə ismarıc idi. Liderlərin həm........
© Müsavat
