Ermənistanın Qərbi Azərbaycan(lılara) borcu - va
Rejional sülhdən, Azərbaycan və Türkiyə ilə normal münasibətlərin qurulmasından danışan Ermənistan rəhbərliyinin Qərbi Azərbaycanla bağlı yanlış təsəvvürləri və səsləndirdiyi iddialar əcaibdir. Ermənistan müxalifətinin Qərbi Azərbaycanla bağlı qaldırdığı hay-küyə “sülhpərvər” Ermənistan rəsmiləri də qoşulub. Hətta bir az da irəli gedərək Azərbaycanın bu mövzu ilə Ermənistanın təhlükəsizliyini “təhdid etdiyi” barədə iddialar səsləndirirlər.
Ermənistan rəhbərliyinin bir-birinə zidd mövqelər sərgiləməsi yenilik deyil və bizi əsla təəccübləndirmir. Vaxtaşırı Ermənistanın təhlükəsizliyinin təminatçısı olaraq Azərbaycanın adını önə çəkən erməni rəsmiləri nədənsə paralel şəkildə həm də Qərbi Azərbaycan mövzusunun Ermənistanın təhlükəsizliyinə təhdid yaratdığı barədə cəfəng iddialar irəli sürürlər. Dəfələrlə Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə fikirlər səsləndirib. Eyni zamanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Qərbi Azərbaycan mövzusu ilə bağlı hay-küy salıb, hətta Varşavada keçirilən beynəlxalq tədbirlərdə də bu məsələnin Ermənistan üçün narahatlıq doğurduğunu, qəbulolunmaz olduğunu iddia edib.
Mirzoyan bu günlərdə də yerli mətbuata açıqlamasında bildirib ki, Naxçıvanda Qərbi Azərbaycan mövzusuna həsr olunan tədbirin keçirilməsi İrəvanda narahatlıq doğurub. Ararat Mirzoyanın iddiasına görə, bu ritorika, eləcə də onun dövlət strukturları tərəfindən dəstəklənməsi və maliyyələşdirilməsi sülh prosesinə, müstəqillik və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsiplərinə uyğun gəlmir.
Söhbət nədən gedir? İyun ayında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin dəstəyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana Qayıdış” üçüncü festival-konqres keçiriləcək. Bu tədbir Ermənistanı niyə təşvişə salmalıdır ki? Absurd deyilmi? Bundan əvvəlki festival-konqres Naxçıvan şəhərində və Batabat yaylağında təşkil olunub, bəlkə Azərbaycan tankları Ermənistana hücuma keçib, yaxud Mirzoyanın Araratı dron hücumuna məruz qalıb? Azərbaycan tarixinin ayrılmaz bir hissəsinə aid tədbir haylarda niyə təşviş yaratmalıdır ki?
Yeri gəlmişkən, Ordubadda keçiriləcək sayca üçüncü tədbir həm də rəmzi mahiyyət və əhəmiyyət kəsb edir: Zəngəzur dəhlizi – TRIPP marşrutu üzərində...Burada hər........
