menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Ermənistan seçkilərində Azərbaycan faktoru... Və

17 0
03.06.2026

Ermənistandakı parlament seçkilərinə 4 gün qaldı. Bu ölkədə gərginlik saatbasaat yüksəlir. Nikol Paşinyan anlayır ki, hakimiyyətini itirsə, taleyi heç də yaxşı olmayacaq. Üstəlik, “kadastr sənədi olmayan” Ermənistanın özünün də mövcudluğu sual altına düşə bilər. Həm özünə, həm də ölkəsinə yönəlik təhlükələri nəzərə alaraq, revanşistlərin hakimiyyəti qəsb etməsi halında növbəti dağıdıcı müharibənin fitilinin çəkilməsi qorxusunu açıq şəkildə dilə gətirir.

Diqqətçəkən budur ki, 7 iyun parlament seçkiləri ilə bağlı kampaniyada Azərbaycandan daha çox danışılır, nəinki Ermənistandan. Aprelin 26-da sosial şəbəkə hesabında canlı yayım açaraq seçicilərinə müraciət edən Paşinyan "Vətəndaş müqaviləsi” Partiyasının seçki platformasını təqdim edərkən “Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub və Ermənistan üçün dinc inkişaf dövrünün başlanğıcı qoyulub”, deməklə prosesə start vermişdi. Seçki platformasının təməlində məhz Azərbaycanla paraflanmış sülh sənədi olmuşdu.

Daha sonra o, seçki kampaniyasının ilk günü Qərbi Zəngəzur bölgəsindən başladı, Azərbaycanla şərti sərhədlər tərəfdə yaşayan sakinlərlə görüşdü və yenə də bəhs etdiyi əsas mövzu Azərbaycanla əldə olunmuş razılaşmalar, “Real Ermənistan” qurmağın ilkin şərtinin məhz Azərbaycan dövləti ilə münasibətlərin normallaşdırılmasının zəruriliyi haqda fikirlərini çatdırdı.

Hakim partiyanın baş nazirliyə namizədi Nikol Paşinyan müharibə çağırışı edənlərlə bağlı xalqına müraciətində kəsib atmaq istədiyi “üçbaşlı əjdaha”dan bəhs edib. “Robert Koçaryan, Karen Karapetyan və Qagik Tsarukyan tərəfindən idarə olunan qüvvələr Ermənistan və Azərbaycan arasında əldə edilmiş sülhün yenidən nəzərdən keçirilməsi siyasətini qəbul ediblər. Bu isə onların müharibənin qapılarını açmaq yoluna getdiyini göstərir”. Paşinyan deyib ki, onlar tarixi yolayrıcındadırlar. Çünki “Ermənistan və Azərbaycan arasında sülh əldə olunub və biz bu sülhü qurmuşuq, bu isə müharibənin qapılarını möhkəm şəkildə bağlamaq deməkdir. Mənim qeyd etdiyim qüvvələr isə indi bu qapını açmağa çalışır və bu, Ermənistanın təhlükəsizliyi üçün taleyüklü bir təhdiddir”.

Nikol Paşinyanın “Ermənistanda sülh gündəliyinə yenidən baxılmasını istəyən siyasi qüvvələr var və bu iyundakı parlament seçkilərindən sonra yeni müharibəyə yol aça bilər. Ermənistanda müəyyən dairələr var ki, hakimiyyətə gələcəkləri təqdirdə sülh gündəliyinə yenidən baxmağı planlaşdırırlar”, bəyanatından sonra savaş qarğa-quzğunları, Azərbaycana qarşı cinayətlər törətmiş iddialılar da özlərini bir az yığışdırmağa cəhd göstərdilər. Xocalı canisi, “Hayastan” seçki blokunun baş nazirliyə namizədi Robert Köçəryan “əgər mən və komandam Ermənistanda hakimiyyətə gəlsək, Azərbaycanla sülh danışıqları sıfır nöqtəsindən........

© Müsavat