menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Ermənistan parlamentində türk kababı və Ramil Sə

17 0
03.08.2026

Ermənistan parlamenti yeni tərkibdə ilk iclasını keçirdi. Amma adı yenidir, həmin köhnə, kifli, ikrah doğuran, Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik toxumu səpənlərin iddialarını oxuduqca “qozbeli qəbir düzəldər” misalı yada düşür. Gənc olsalar da, qanı və düşüncəsi zəhər tuluğundan fərqlənməyən deputatların da cəm olduğu parlamentdən regionun gələcəyinə təhdidlər, katalizator funksiyasının icrası aydın sezilir.

Aylardır ev dustaqlığına məhkum edilmiş milyarder Samvel Karapetyanın qardaşı oğlu, “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan zəhərli ilanların arasında xüsusilə seçilir.

Bölgədə sülhün əldə olunmamasından ötrü elə ilansayağı qabıqdan çıxmaqdadır, ilk tərkibin toplantısındaca zəhərini boşaldıb. Həmin bu Narek təklif edib ki, Azərbaycan vətəndaşlarının Ermənistanda 10 gündən artıq qalması və daşınmaz əmlak almaları qadağan edilsin. Təsəvvür edin, “Güclü Ermənistan” hədəfindədir, amma hesab edir ki, azərbaycanlılara qarşı düşmənçilik etməklə kadastr sənədi belə olmayan Ermənistanı güclülər sırasına daxil edə biləcək. Bu deputatcığaz unudur ki, onun yer tutduğu parlamentdə əslində azərbaycanlılar təmsil olunmalı idilər, əgər 1988-ci ildən başlayaraq azərbaycanlıların növbəti deportasiyası həyata keçirilməsəydi.

Deportasiyanın planlı şəkildə reallaşdırıldığını isə eks-prezident Levon Ter-Petrosyan 1993-cü il iyulun 23-də, Ağdamın işğalından sonra “Yerkrapa” könüllülər birliyinin........

© Müsavat