Dilican xəbərdarlığı və konstitusiya üçün gerisa
Nikol Paşinyan və rəhbərlik etdiyi hakim komandanın üzvləri hələ ötən illərdə Azərbaycanla sülh imzalamağa hazır olduqlarını bildirirdilər. Amma hər dəfə onlara Azərbaycan Prezidentinin əsas şərti xatırladılırdı.
Dövlətimizin başçısı bildirmişdi ki, “Ermənistan konstitusiyasına lazımi dəyişikliklər edilməlidir. O dəyişikliklər edilən kimi, ertəsi gün biz sülh müqaviləsini imzalaya bilərik”. Buna baxmayaraq, Azərbaycan Prezidenti artıq Ermənistanla Azərbaycan arasında sülhün əldə edildiyini, Vaşinqton Zirvə Görüşündəki razılaşmaların, imzalanmış Birgə Bəyannamə və sülh müqaviləsinin paraflanmasını de-fakto sülh adlandırırdı. Eyni zamanda bir daha qeyd edib ki, bunun formal tərəfi Ermənistandan asılıdır. Yəni “Konstitusiyaya nə qədər tez dəyişiklik edilərsə və Azərbaycana qarşı olan ərazi iddiası oradan çıxarılarsa, sülh müqaviləsi o qədər də tez imzalanacaq”.
Lakin buna baxmayaraq, Ermənistan hakimiyyəti Azərbaycanla sülh sazişinin seçkilərə qədər imzalanmasını gündəliyinə daxil etmişdi. Paşinyan hakimiyyəti ölkə konstitusiyasına dəyişikliklə bağlı referendumu seçkilərdən sonra keçirmək niyyətində olduğunu bildirərək iddia edirdi ki, guya konstitusiyaya dəyişiklik olmadan da sülh sazişini imzalamaq üçün heç bir problem yoxdur. Absurd yanaşma…Sən ən azı iki qonşu ölkəyə ərazi iddiasını konstitusiyanda saxla, amma de ki, gəlin sərhədləri açaq, ticarətə başlayaq, gedək, gələk…Məntiqlə, yenidən toparlanaq, güclənək və konstitusiyadakı ərazi iddialarına əsaslanıb, yenidən hücuma keçək! Ermənistana inanıb, etibar etmək üçün heç bir əsasımız yoxdur! Tarix boyunca bu toplum həm Osmanlı imperiyasına, həm Türkiyəyə, həm də Azərbaycana xəyanət edib, özü də dəfələrlə, süfrəmizin başında oturub, amma kürəyimizə xəncər vurub! İndi Paşinyan inandırmaq istəyir ki, yox e, biz o haylardan deyilik, “real hayıq”. Bunu o adam deyir ki, hakimiyyətə yeni gəldiyi zaman Azərbaycan Prezidenti ilə görüşəndən, sülh müzakirəsi aparandan bir neçə ay sonra “Qarabağ Ermənistandır. Nöqtə” dedi. Daha sonra Tovuz istiqamətindən hücum, yeni ərazilər uğrunda xain təxribatlar,........
