menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

2 ay qaldı: Paşinyanın Azərbaycanla, Karapetyanı

18 0
07.04.2026

Belə görünür ki, yaxın keçmişdə bütün etdiklərinə rəğmən, Nikol Paşinyan bu dəfə seçki taktikasını düzgün müəyyənləşdirib. İyunun 7-də keçiriləcək parlament seçkilərinə o, yaxasına Ermənistanın de-fakto xəritəsinin əksi olan rozeti taxaraq, “Real Ermənistan” şüarı və qonşularla normal münasibətlərin qurulması prinsipi ilə gedir.

Diqqət edin, “Gallup International” təşkilatının bu ilin martında keçirdiyi sorğunun nəticələrinə görə, Ermənistan vətəndaşlarını ən çox təhlükəsizlik məsələləri narahat edir. Təşkilatın Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan keçirdiyi mətbuat konfransında sorğunun nəticələrini paylaşıb.

Ölkənin üzləşdiyi ən aktual problemlərin nədən ibarət olduğunu soruşduqda respondentlərin 45,8%-i təhlükəsizlik, 14,9%-i işsizliyi, 13,5%-i iqtisadi vəziyyəti, 10,7%-i isə maaşların/pensiyaların aşağı olmasını qeyd edib. Bundan əlavə, bildirilir ki, sərhədlərin delimitasiyası məsələləri – 9,8%, təhsil sistemi – 9,7%, inflyasiya – 8,6%, səhiyyə sisteminin vəziyyəti – 5,1%, xarici siyasət məsələləri – 2,4%, yüksək vergilər – 1,3%, digər məsələlər isə 20,9% Ermənistan vətəndaşlarını narahat edir.

Deməli, “Gallup International”dan əvvəl Paşinyanın komandası elə Qərb texnoloqlarının iştirakı ilə ölkədəki ictimai rəyi yaxşıca öyrəniblər, passiv əhalinin də mövqeyini dəqiqləşdiriblər. Ermənistan əhalisinin böyük əksəriyyətinin müharibədən qorxduqlarını dəqiqləşdirdikləri üçündür ki, Nikol Paşinyan vaxtaşırı onların yadına yaxın keçmişin reallıqlarını, “Dəmir Yumruğ”u salır, həmçinin “əgər Robert Köçəryan və rusiyayönümlü qüvvələr hakimiyyətə gəlsə, sentyabr ayında “dəhşətli müharibə” başlaya bilər və bu, Ermənistan üçün fəlakətli nəticələr doğura bilər” - xəbərdarlığını edir. Özü də təkcə Paşinyan yox, digərləri də bənzər xəbərdarları vaxtaşırı “qızıl kimi” xırdalayır. Məsələn, parlament sədri Alen Simonyan hətta açıq mətnlə bildirdi ki, “Ermənistanın təhlükəsizliyinin əsas təminatçısı Azərbaycandır”. Bir neçə il əvvəl Azərbaycanı Ermənistan üçün təhlükə hesab edənlərin tam əks mövqe sərgiləməsi reallığı qəbul etmələri təbii ki, təqdir olunmalıdır. Üstəlik, onlar erməni cəmiyyətini real təhlükəni başqa yerdə axtarmağı tövsiyə edirlər. Simonyanın “Bir çox qüvvələr Azərbaycan və Ermənistanı........

© Müsavat