1 il öncə İlham Əliyevin Ağ Evdə dediklərindən s
Tarix: 8 avqust 2025-ci il, məkan: ABŞ, Vaşinqton. Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşün nəticələrinə dair Birgə Bəyannaməni imzalanır. Tarixin sənədin birinci məndində yazılır: “Biz və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik etdik. Bu kontekstdə, biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik və ölkələrimiz arasında sülhün təmin edilməsi və gücləndirilməsinin vacibliyini vurğuladıq”.
Bu sənəddən cəmi 23 ay əvvəl Azərbaycan ordusunun həyata keçirdiyi 23 saatlıq antiterror əməliyyatı nəticəsində Qarabağda bir sərdən artıq müddətdə kök salmış erməni separatizminin kökü kəsilmişdi və Ermənistanın işğalına son qoyulmuşdu. Təsəvvür edin, qısa müddət sonra Ermənistan rəhbərliyi Azərbaycanın Qalib Prezidentinin sülh şərtlərini qəbul edərək, hazırlanmış sənədin paraflanmasına, həmçinin sülh atmosferinin yaradılmasını hədəfləyən anlaşmaların əldə olunmasına razılıq verir.
Başqa bir tarixi hadisəyə diqqət edək: İkinci Dünya müharibəsi 1945-ci ildə başa çatsa da, Almaniya ilə Fransa arasında sülh müqaviləsi yalnız 1963-cü ildə Yelisey razılaşmaları ilə təsdiqlənmişdi. Prezident İlham Əliyev isə 2023-cü ildə antiterror əməliyyatından heç iki il də keçməmiş Ermənistanı sülhə məcbur etdi. Özü də 44 günlük müharibədən sonrakı müddətdə ayrı-ayrı paytaxtlar və təşkilatların katalizatorluq fəaliyyəti səngimirdi, Fransa başda olmaqla, Avronın müxtəlif mərkəzləri Ermənistanı revanşa sövq etməkdən ötrü müxtəlif yollara əl atırdılar. Amma unudurdular ki, İlham Əliyev “Qarabağ Ermənistandır. Nöqtə”, deyən Nikol Paşinyanı 45-ci gündə, Rusiyanın da iştirakı ilə kapitulyasiya aktına imza atmağa, 9 bəndlik sənədi imzalamağa məcbur etmişdi. Sonradan Paşinyan etiraf edəcəkdi ki, əgər sənədi imzalayıb, savaşı dayandırmasaydı, Qarabağdakı minlərlə erməni hərbçinin məhvi qaçılmaz olacaqdı...
Azərbaycan Prezidenti ölkəmizə qarşı bu qədər cinayətlər törədilməsinə baxmayaraq, savaşın sonsuza qədər davam etdirilməsinə ehtiyac görmədi, lakin qarşıya qoyduğu tələblərin əməl edilməsini hər zaman prinsipial mövqe olaraq irəli sürdü, həllinə nail oldu. 44 günlük müharibədə Ermənistanın ərazilərimizi azad etməsi ilə bağlı konkret qrafik verməsi tələbini qoydu, 3 rayonun məhz döyüşsüz azad edilməsinə nail oldu, həmçinin antiterror əməliyyatından sonra da məsələlərin sülh və danışıqlar yolu ilə həllinə daha çox önəm verdi. Bu, dünyada nadir hallarda rast gəlinən üstün keyfiyyətlərdəndir, bir çox hallarda ayrı-ayrı ölkələrin rəhbərləri tərəfindən etiraf olunub. Hətta Azərbaycan ordusunun şərti düşməni iti qovan kimi qovduğu günlərdə şərti sərhədlərdə dayanması, hələ də kadastr sənədi olmayan Ermənistanın içərilərinə doğru irəliləyib, özü üçün bufer zona yaratmaması heyrət və təəccüblə qarşılanır. Axı, dünya təcrübəsində fərqli gedişat müşahidə ounur, tərəflərdən biri hücumdadırsa,........
