“Daldan atılan daş”… uzağı Zəngəzur qatarının re
Bu gün, 14 apreldə Azərbaycandan Ermənistana növbəti yük qatarı yola düşüb. Belə ki, Bakıdan İrəvana 22 vaqon (1298 ton) dizel yanacağı göndərilib. Məlumata görə, eyni zamanda, Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə növbəti yük daşınması həyata keçirilib. Bildirilir ki, 4 vaqondan ibarət, ümumi çəkisi 240 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınacaq.
Əlaqələrin bərpa olunmasından bəri Azərbaycandan Ermənistana ümumilikdə 6312 ton dizel yanacağı, 979 ton Aİ-92 markalı benzin və 2955 ton Aİ-95 markalı benzin, Azərbaycan üzərindən tranzit keçməklə Rusiyadan Ermənistana 23,9 min ton taxıl, 1100 tondan artıq gübrə və 68 ton qarabaşaq məhsulu daşınıb. Buraya Qazaxıstandan daşınan taxılı da əlavə etsək, Ermənistanın Azərbaycanın açdığı tranzit olundan və ölkəmizin sülhməramlı mövqeyindən kifayət qədər bəhrələndiyini söyləmək olar. Təsadüfi deyil ki, davamlı şəkildə Azərbaycana təşəkkür edən Nikol Paşinyan bu əlaqələrin Ermənistan üçün böyük faydalarından danışır, seçki təbliğatında bu faktordan istifadə edir. Yanacağın qiymətinin aşağı düşməsi, inhisarçılığa zərbə vurulması kimi arqumentlər Ermənistanın hazırki hökumətinin işinə yarayır.
Paşinyan hələ “kadastr sənədi” olmayan Ermənistanın xəritəsini yaxasından açıb, mahal-mahal gəzir ölkəni, seçicilərlə görüşür, Azərbaycanla sülh və əməkdaşlığın ermənilər üçün normal gələcək vəd etdiyini çəkinmədən deyir. Bu günlərdə Paşinyan “Biz iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoyuruq və bu, Ermənistanla Azərbaycan arasında qurulan sülh prosesi ilə bağlıdır. Yaxın gələcəkdə TRİPP layihəsinin (Zəngəzur dəhlizi-red) başlanması ilə........
