Hantavirus: Siçanlardan yayılan viruslar on mily
Dünya yenə tanış bir cümləni eşidir. Risk çox aşağıdır. Bu ifadəni səsləndirən Ümumdünya Səhiyyə Təşkilatıdır. Bu qurum qlobal səhiyyə sisteminin əsas institutlarından biridir, riskləri qiymətləndirir və dövlətlərə tövsiyələr verir. Amma bir həqiqət dəyişmir.
Qərar verən ÜST deyil, dövlətlərdir və “risk aşağıdır” ifadəsi çox vaxt yalnız tibbi deyil, həm də siyasi məna daşıyır.
Son saatlarda hantavirusla bağlı xəbərlər yenidən gündəmə gəlib. Hadisə Niderlanda məxsus kruiz gəmisində baş verib. Gəmi İspaniyanın Tenerife adasına yan aldıqdan sonra sərnişinlər tədricən təxliyə olunub. Üç nəfər həyatını itirib, onlardan ikisi holland, biri almandır. ÜST ümumilikdə doqquz hadisə qeydə alıb, onların yeddisi təsdiqlənmiş, ikisi isə şübhəlidir.
Dünya dövlətlərinin reaksiyası isə diqqət çəkəcək dərəcədə sürətli və koordinasiyalı oldu. Böyük Britaniya sərnişinləri dərhal xəstəxanaya yerləşdirdi, onları əvvəlcə yetmiş iki saat nəzarətdə saxladı, daha sonra qırx iki günlük karantinə göndərdi və riskin çox aşağı olduğunu bildirdi. ABŞ sərnişinləri xüsusi tibbi mərkəzlərdə yoxlamadan keçirdi, bəzi hallarda ciddi nəzarət tətbiq etdi və riskin çox-çox aşağı olduğunu açıqladı. Avropa ölkələri ümumi yanaşma kimi tibbi yoxlama və təxminən altı həftəlik müşahidə rejimini tətbiq etdi, simptom yaranacağı təqdirdə........
