Türk-hun yaddaşının AVROPA OYANIŞI
2024-cü ilin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevin dost-qardaş Macarıstana səfəri iki ölkə arasında yalnız ikitərəfli diplomatik bağların deyil, həm də daha geniş anlamda Avrasiya məkanında formalaşan yeni geosiyasi sinerjinin bariz örnəyiydi; elə bu il, bu gün də örnəkdir. Həmin səfər və onun fonunda verilmiş açıqlamalar, Güney Qafqazla Mərkəzi Avropa arasında çoxşaxəli işbirliyi platformunun möhkəmləndiyini və bu sürəcin mərkəzində strateji rasionalizmlə yanaşı, tarixi yaddaşın da önəmli rol oynadığını göstərir.
Geosiyasi kontekstdə dəyərləndirsək, bu, çoxqütblü sistemdə mövqe dəqiqləşdirilməsidir.
Son illərdə beynəlxalq münasibətlər sistemində müşahidə olunan transformasiyalar – ABŞ-Çin qütbləşməsi, Rusiya-Ukrayna müharibəsinin yaratdığı gərginliklər və Avropa Birliyinin (AB) içində (necə deyərlər) parçalanmış geosiyasi prioritetlər – Azərbaycan və Macarıstan kimi dövlətləri öz milli maraqlarını daha sərbəst və düşünülmüş şəkildə formalaşdırmağa vadar edir.
Macarıstanın AB içində müstəqil dış siyasət aparması, özəlliklə enerji, təhlükəsizlik və miqrasiya sahələrində fərqli yanaşmalar nümayiş etdirməsi, onu qeyri-formal suverenlik örnəyi kimi irəli çıxarır. Bu fon üzərində Prezident İlham Əliyevin, Macarıstanı AB içində müstəqil siyasət yürüdən nadir ölkə kimi dəyərləndirməsi, iki ölkə arasında ideya........
© Müsavat
