O, İLHAM ƏLİYEVDİR!
10 noyabr 2020-ci ildə məlum Üçtərəfli Bəyanat imzalanmışdı - virtual imzalanma mərasimində iki lider görünürdü, üçüncü liderin öz imzasını harada və necə atdığı bir xeyli ironik rəy də doğurmuşdu…
10 iyul 2025-ci ildə Abu-Dabidə masa arxasında yenə iki lider vardı. 5 il öncənin payızında da, indinin yayında da Prezident İlham Əliyev masa arxasındaydı. Sözü imzası qədər keçərli liderin iştirakıyla virtual imzalanma masasından 5 il sonra qurulan Abu-Dabi masasında nə danışıldığını bilməmiş ola bilərik; ancaq bildiyimiz bir həqiqət var: İlham Əliyev mümkün olan ən yüksək nəticə üçün oradaydı; o, dövlət çıxarlarımızı yüksək səviyyədə qoruyub və milli mənafemizə uyğun gəlməyən heç bir təşəbbüsü təklifə çevrilməyə, yazıya keçməyə qoymayıb! O, İlham Əliyevdir - siyasi iradəsi, yüksək diplomatik ustadlığı, dünyanın ən təcrübəli dövlət xadimlərindən biri olması və Qalib Azərbaycanı təmsil etməsi bizə Gün kimi aydındır! Görüşün “bismillah”ına dair bir neçə saniyəlik video-materialdan da göründüyü üzərə, İlham Əliyev keçmiş işğalçının bütün dövlət ərkanından, keçmiş və bugünkü ictimai-siyasi xadimlərinin toplamından üstün, çevik davranış imkanlarına malikdir. 5 il öncəki müharibəni əks-hücumla, 2 il öncəki anti-terroru - adından da göründüyü kimi - terror qarşılığında başladan Prezident Əliyev, Barış Görüşünə birinci gəlmişdi. - Sanki diplomatik jestlərlə də, bilavasitə də, beynəlxalq ictimaiyyətə “Biz buradayıq!” deyirdi. Bu,........
© Müsavat
