İqtidar partiyasının bu qərarı...
Qardaş Türkiyənin hakim partiyasının Vlll Qurultayında qəbul etdiyi strateji qərar – Türk Dövlətləri ilə İlişkilər Başqanlığının və Türk dövlətləri ilə ilişkilərdən sorumlu genel başqan yardımçısı postunun yaradılması – sədəfə bənzər bir strukturun içində gizlənmiş incini gün işığına çıxarmaq anlamına gəlir. Bu təşəbbüs, Türkiyənin təkcə iç deyil, eyni zamanda qlobal siyasi arxitekturasına verdiyi yeni müttəfiqlik ismarıcını da ifadə etməkdədir.
Bəs qardaş ölkənin hakim partiyasının bu qərarını şərtləndirən əsas amillər nədir, nə ilə bağlıdır?
İlk növbədə, Türk dünyasının geosiyasi oyanışı amilini vurğulamaq istərdim. Bu oyanış Türkiyə-Türk dünyası, Türk dünyası-Türkiyə qarşılıqlı, tamamlayıcı, müsbət təsirləri ilə özünü qabarıq göstərir. Son illər dünya siyasi səhnəsində milli dəyərlərə söykənən birlik ruhunun gücləndiyi bəllidir. Türkiyənin bu kontekstdə Türk dünyası ilə iqtisadi, mədəni və siyasi bağlarını gücləndirməsi təbii bir prosesin təzahürüdür.
İkincisi, strateji vəhdətin zərurətini vurğulamaq yerinə düşər. Türk Dövlətləri Təşkilatının (TDT) qürurverici təşəbbüsləri, şübhəsiz ki, koordinasiyanı və sistemli yanaşmanı zəruri edir. TDT ölkələri ortaq türk qurumları üçün mütəxəssisləri yalnız dövlət qurumlarında deyil, ictimai-siyasi........
© Müsavat
