Aramızdan Xəzər keçir… Aramızdan su keçməz…
Xəzərin o biri qıyısında imzalanan bəlgələr diplomatik akt olmaqla yanaşı, qardaş ulusların yaddaşına vurulan yeni möhürdür. Bəlli olduğu üzərə, avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə bəlgələrin imzalanması törəni olub, o cümlədən, “Birgə Bəyanat” qəbul edilib.
Xəzərin o tayında imzalanan bütün bəlgələr qutludur və əslində, digər dost, qardaş ölkəkərimizin də çıxarlarına uyğundur.
Bununla belə, doğal olaraq, bizim diqqətimizi, işğaldan azad edilmiş bölgələrimizlə bağlı məsələlər daha çox cəlb etdiyini də deməliyik. Örnəyi, Arxadağ–Füzuli qardaşlaşma bəlgəsi – bu, həm də, iki ürəyin, iki yığvalın qardaşlaşması olub, iki dövlətin qardaşlığının üfüqünü genişlədir. Əgər bir vaxtlar Oğuz elinin obaları bir-birinə qonşu idi isə, bu gün müstəqil dövlətlər həmin qardaşlığı yeni müstəviyə – daha doğrusu, göyüzünə daşıyır...
Türkmənistanın Füzulidə ucaldacağı məscid də təkcə daş divar və minarələrdən ibarət olmayacaq; o məscid bir ruh məbədi,........
© Müsavat
