menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

İlqar Musa oğlu – Mənim canlı ENSİKLOPEDİYAM

18 1
06.08.2024

Mahir Qabiloğlu


HAŞİYƏ: 20-ci əsrin 90-cı illəriydi. Hər gün səhər-axşam Gömrük Komitəsinin qabağından keçib işə – AzTV-yə gedirdim. Hər dəfə də qapısında adamlar – qara camaat çox olurdu. Fikirləşirdim ki, əgər bura Gömrük Komitəsidirsə, sədrin qəbul günüdürsə formalı, furajkalı gömrükçülər niyə az gözə dəyir?

Günlərin bir günü özəl televiziyalardan hansısa belə xəbər yaydı. “Qarabağ əlilləri “Oka” markalı əlil maşınını Gömrük Komitəsinin binası önündə yandırıblar”. Nəsə mənə çatmadı... Axı niyə məhz Gömrük Komitəsinin qabağında? Əlillərin Gömrüklə nə alış-verişi? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nazirlər Kabineti olsaydı, hardasa başa düşmək olardı... “Nəsə tələb ediblər və əməl olunmayıb... Onlar da etiraz əlaməti olaraq hökumətin hədiyyə etdiyi “Oka” maşınlarını yandırıblar”. Nəsə mənə qaranlıq qaldı.

Sonra “Xəbərlər”də eşitdim ki, Gömrük Komitəsinin sədri xarici ölkədə səfərdədir.

Əlilləri başa düşdüm. General-polkovnik, Gömrük Komitəsinin sədri Kəmaləddin müəllim həmişəki kimi onların dərdinə yanmayıb. Daha dəqiq desək, Bakıda olmadığı üçün onların və qapısına pənah gətirən digərlərinin qarşısına çıxmayıb. Əlillər də sadəcə olaraq incikliklərini bu cür biruzə veriblər. İnanmayıblar ki, Kəmaləddin müəllim idarədə yoxdur. (SON)

Torqovıda – pinəçi Azadın məskunlaşdığı yerin yanında pensioner olmaya-olmaya ömrümün ən gözəl vaxtlarını heyfə verirəm. Arxadan səs gəlir:

- Şeirim qanadlanıb tez tapsın onu,
Qardaşım Mahir Qabiloğlunu.

Səsindən və Səmədvurğunsayağı salamlamasından həmən tanıyıram onu. Çox əvvəldən tanıdığım və “Xalq qəzeti” qəzetində iş yoldaşı olduğum jurnalist həmkarım İlqar Həsənovdur. Düzdü, onu hamı İlqar Musayeviç kimi tanıyır. Amma bunun mənə dəxli yoxdur. Çünki bir dəfə ona bu cür xitab etdim. Həmən sifəti döndü:

- İlqar Musayeviç yox, İlqar Musa oğlu Həsənov.

O gündən mənimçün o sadəcə, İlqar müəllimdir. Sonra ona bir sual verirəm. Həmin gün Şahin Bağırovu Dövlət Gömrük Komitəsinə rəhbər təyin etmişdilər:

- İlqar müəllim, Şahin Bağırovu tanıyırsan?..

Yazım çox qəribə notlarla başladı. Axı Gömrük Komitəsinin keçmiş sədri Kəmaləddin Heydərovun, Qarabağ əlillərinin ona xüsusi məhəbbətinin İlqar müəllimlə nə əlaqəsi? Yaxud da ki, başlıqdakı Paris Notr-Dam kilsəsi – Viktor Hüqonun, Qvazemoda və Esmiraldanın İlqar müəllimlə nə əlaqəsi? Düzü, özüm də qorxuram ki, Fransadan Bakıya uzanan bu düyünü aça bilməyim. Hördüyüm hörümçək toruna elə özüm düşüm. Amma risk etməyə qərar verirəm. 60 yaşında İlqar müəllimə söz verdiyim yubiley yazısının toruna onun 65 yaşına çatdığı bu günlərdə düşməyimin başqa bir ləzzəti var. Üstəlik ürəyimi də boşaldaram.

BEŞİLLİK FASİLƏYƏ NİYƏ İNDİ SON?

İlqar Həsənov mənim oxucumdur. Diqqətli oxucumdur. Xiridar oxucumdur. Modern.az-da çıxan hər yazıma çox diqqətlə yanaşır. Həmən zəng edib fikrini bildirir – müsbət, yaxud da ki, tənqidi. Hər ikiyönümlü yanaşma mənimçün qiymətlidir. Xüsusilə də........

© Modern.az


Get it on Google Play