Deputat olmaq istəyirəm - BİRCƏ ÇAĞIRIŞ
Bu həvəs məndə 16 yaşında baş qaldırıb. Bircə arzum ürəyimdə qaldığı üçün.
LENİN BABA VƏ DEPUTAT
1982-ci il idi. Sinif rəhbərimiz Ramizə İsmayılova Yeni il tətili günlərində 18 nəfər 10-cu sinif şagirdi olan bizi Moskvaya aparmışdı. Paytaxtın gəzməli-görməli yerlərini gəzdik. Demək olar ki, hər yerdə olduq. Sonda Qızıl Meydana gəldik. Mavzoleyə böyük bir növbə uzanmışdı. Havada da 25-30 dərəcə şaxta. Ramizə İsmayılova xəstələnərik deyə 4-5 saat növbəyə dayanmağa risk etmədi. Beləcə, o vaxt hər bir sovet övladının, oktyabryat, pioner, komsomolçunun böyük arzusu olan Lenin babanı görmək istəyi ürəyimizdə qaldı. Bir vaxtlar SSRİ Ali Sovetinin deputatı olmuş Ramizə müəllimə də pərt olmuşdu. Tez-tez təkrar edirdi:
- İndi olaydım SSRİ-nin deputatı. Burda qabağımızı kəsib növbəyə düzən milis “çest” verib özü bizi qapıyacan müşayiət etmişdi. Bilirsinizmi nə qədər azərbaycanlını növbəsiz Lenini görməyə aparmışam? Eybi yox, bu dəfə qaldı, yayda gələndə ziyarət edərik.
Ramizə müəllimə sonra onu da dedi ki, bəs Mavzoleyə növbəsiz giriş səlahiyyətinə yalnız SSRİ deputatı malikdir, Azərbaycan SSR Ali Sovetinin deputatları yox. SSRİ-nin deputatı 200 rubl maaş alır. Dəmiryol, təyyarə biletləri də havayıdır, bronu da öz yerində. Nədənsə ilk dəfə onda deputat olmaq istədim.
DEPUTAT İSMAYIL ŞIXLI
Deyirlər ki, deputat seçilmirlər. Təyin edilirlər. Yaxud da ki, deputatlıq da Həcc kimi adamın boynuna düşməlidir. Bu sovet dövründə belə idi. Məsələn, Azərbaycan Yazıçılar İttifaqının sədri SSRİ-nin deputatı, minimum Azərbaycanın deputatı........
© Modern.az
visit website