menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Zeyqarnik effekti

40 0
26.09.2026

1920-ci illərin ortalarında yəhudi əsilli gənc sovet psixoloqu Blüma Zeyqarnik (Блюма Вульфовна Зейгарник, 1900-1988) Berlində – psixologiyanın o dövrdəki ən canlı elmi mərkəzlərindən birində çalışırdı. Onun müəllimi məşhur psixoloq Kurt Levin idi.

Zeyqarnikin adını psixologiya tarixinə salacaq müşahidə adi bir kafedə başlayır. Levin fikir verir ki, ofisiant hələ hesabı ödənilməmiş sifarişləri heyrətamiz dəqiqliklə xatırlayır, hesab ödəndikdən sonra isə hər şeyi unudur – bütün məlumat silinir. Sanki tamamlanmamış iş yaddaşda özünə ayrıca yer tələb edir.

Zeyqarnik müəlliminin bu müşahidəsini eksperimentə çevirir.

Üç-dörd dostu ilə restoranda günortaya yeməyinə gedir. Ən sonda hesabı ödəyib məkandan çıxırlar. Ancaq Blüma Zeyqarnik 1-2 saat sonra təkbaşına eyni restorana qayıdır, eyni ofisiantın masasına oturur.

“Nə sifariş verəcəksiz?” deyə soruşan ofisianta gənc alim “Bayaq yediklərimizdən gətir” deyir.

Ofisiant bir qədər əvvəl yeyilən yeməklərdən heç birini xatırlamır…

Hesabı alıb vəzifəsi tamamlanan kimi yaddaş o tapşırığı silir.

İştirakçılara müxtəlif tapşırıqlar verildi: tapmacalar həll etmək, fiqurlar düzəltmək, hesablama aparmaq və s. Tapşırıqların bir qismini bitirməyə imkan verilir, digər qismi isə qəsdən yarımçıq dayandırılırdı. Sonra iştirakçılardan........

© Modern.az