Süni İntellekt dövründə gücün əsas mənbəyi
Donald Trampın “Energy Dominance” (Enerji Hökmranlığı) anlayışı çox vaxt sadələşdirilərək neft, qaz və kömür siyasəti kimi təqdim olunur. Halbuki bu strategiyanın alt qatında enerjidən daha böyük bir məsələ – Texnoloji Suverenlik dayanır. XXI əsrdə güc artıq yalnız tanklarla, raketlərlə ölçülmür. Güc – hesablama gücü, məlumatın emalı, süni intellektin sürəti və enerji davamlılığıdır.
Tramp, daha doğrusu onun komandası bunu erkən başa düşənlərdən oldu.
Süni intellekt = Elektrik enerjisi
Bugünkü neyron şəbəkələr, böyük dil modelləri, hərbi simulyasiyalar, real zaman kəşfiyyat analitikası inanılmaz həcmdə elektrik enerjisi tələb edir. Data mərkəzləri artıq şəhərlər qədər enerji “udurlar”.........
