Şərqlə Qərbin arasında: Əhməd Bəy Ağaoğlu
Gənclik illərimdə atamın mənə tanıtdığı, yaxın tariximizin ən nəhəng simalarından biri, Azərbaycan və Türkiyənin görkəmli ictimai-siyasi xadimi, böyük mütəfəkkir, yazıçı, publisist, türkoloq və liberal Kamalizmin banisi Əhməd Bəy Ağaoğlu haqqında yeni bir kitabın təqdimat günü idi...
Mənim üçün Əhməd Bəy Ağaoğlu Atatürkün silahdaşı deməkdir, mənim üçün Əhməd Bəy Ağaoğlu Türkiyə deməkdir, mənim üçün Əhməd Bəy Ağaoğlu Cümhuriyyət deməkdir.
Bu səbəbdən də Cumhuriyyət tariximizin yorulmaz və məhsuldar tədqiqatçı Dilqəm Əhmədin “Doğu ile Batı arasında bir mütefekkir. Ahmet Ağaoğlu” kitabının Şərqlə Qərbin birləşdiyi şəhərdəki qədim məkana –İstanbul universitetində keçirilən təqdimat proqramına qatıldım…
Başlama saatından saat yarım əvvəl tarixi universitetin Vezneciler qapısından girib bir suyu Londondakı Hayd Parkın sakitliyini xatırladan yamyaşıl bağda gəzişdim. Mənim gəzdiyim bu yamyaşıl parkda bir zamanlar universiyeytdə müderrislik – müəllimlik yapmış Əhməd Bəy, sonralar isə onun qızı – Tükiyənin ilk qadın vəkili və ilk qadın hüquqları müdafiəçisi, yazıçı Sürəyya Ağaoğlu gəzmiş, İstanbulun bu tarixi havasını eyni intibah eşqi ilə tənəffüs etmişdi.
Rektorluq binasını keçib tarixi Beyazıt qülləsinin yanından sola – hüquq fakultəsinə tərəf addımladım. Fakultənin önündəki kantindən çay və üzümlü kurabiyə alıb........
