Novruz və Astronomiya
Bəzən o qədər təhsillii insan görürəm ki, "Bu cür cəhalət ancaq təhsillə mümkündür" demək istəyirəm. –Vedat Türkali
Bir tanışım var, hər il Ramazanda bu ayın elmi tərəfindən, astronomiya ilə vəhdətindən, hesaplamalardan danışır bol-bol. Namazında-niyazında bir adamdır. Amma Novruz Bayramını qeyd etmir, onu bayramdan saymır, deyir ki, Novruzda elmilik yoxdur… Demək ki, Ramazan elmidir, astronomikdir, amma Novruz deyil, eləmi?..
Səmadakı Saat və Bədənimizdəki Reaksiya
Bəşər övladı var olduğu gündən bəri gözünü səmaya dikmiş, həyatını ulduzların rəqsi və fəsillərin dəyişməsi ilə nizamlamışdır. Azərbaycanda baharın gəlişi sadəcə bir təqvim hadisəsi deyil, Yer kürəsinin Günəş ətrafındakı 365 günlük səyahətinin ən kritik dönüm nöqtəsidir. Bu, astronomik bir səssizliyin bitməsi, təbiətin riyazi dəqiqliklə yuxudan oyanmasıdır.
Müasir elm artıq təsdiq edir ki, ulu babalarımızın qışın kəsik şaxtasında (Çillələrdə) qurduğu "təbiət saatı" ilə orucun hüceyrələrimizdə başlatdığı "təmizlik düyməsi" (autofaqiya) əslində eyni məqsədə xidmət edir: Yenilənmə. Bu yazımda bizim makrokosmosun (Kainatın) hərəkəti ilə mikrokosmosun (İnsan hüceyrəsinin) bu yenilənmə prosesində necə harmonik bir şəkildə birləşdiyini elmi sübutlarla ifadə etməyə cəhd edəcəm…
Bayramlarımızın ən gözəli olan Novruz bayramı qəlbimizdə çox dərin köklərə sahib olsa da, müəyyən dindar təbəqələr tərəfindən ona qarşı olan soyuq münasibət teoloji (dini) yanaşmalarla xalq adətləri........
