Nəvid
Novruzun gəlişini İstanbulda idrak etdik.
İçimiz qan ağlasa da, Təzə ili qarşılamağa özümüzü məcbur etdik...
Əslən təbrizli olan, yarım əsr bundan əvvəl İrandan Azərbaycana pənah gətirmiş demokrat bir ailənin oğlu kimi dünyaya gələn Nəvid mənim məktəb yoldaşımdır. Yeddi il bir sinifdə oxuduq. İslam inqilabından bir il əvvəl ailəsi ilə Bakıdan Tehrana köçdü.
Bizim sinifdə beş iranlı vardı, daha doğrusu, beş Güney azərbaycanlısı, beş İran türkü. Onlardan yalnız Nəvidgil Tehrana qayıtdı. Sovetlər dağılandan sonra Nəvid Bakıya gəlib bizi tapdı. Sinif yoldaşımız Hikmət Qasımovun sahibi olduğu "Kompas" şirkətində çalışan gözəllər gözəli bir qızla evləndi. Yaxşı bir ailə qurdular, uşaqları oldu, uzun illər Tehranda yaşayıb, şad-xürrəm yaşadılar.
İllər sonra Nəvid ailəsini də götürüb İstanbula köçdü. Sanki gələcəyi öncədən duymuşdu. Amma Tehrandakı şirkətini........
