Gecikmiş ETİRAF
2008-ci ilin gözəl bir iyul axşamı idi.
Məni İstanbulun məşhur “Sunset” restoranına dəvət etmişdi.
Dediyi saatda gəldim.
– Yaraşıqlı bir rus misafirimiz gəldimi? – deyə soruşdum.
– İki saat əvvəldən gəlib, Boğazı seyr edir – dedilər.
Onu uzaqdan dalğalı “salt and pepper” saçlarından tanıdım. İstanbulun ən dəbdəbəli restoranlarından birinin ən gözəl iki nəfərlik masasında oturub, Bosforun bənzərsiz mənzərəsinə dalmışdı. Elə o gözəlliyi görmək üçün də dəvət saatından əvvəl gəlmişdi.
Axşam yavaş-yavaş şəhərin üzərinə enirdi. Tez-tez saatına baxır, əlindəki kiçik fotoaparatla Günəşin qürub anını gözləyirdi. Açıq havada oturmuşduq.........
