menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Dım-dım halvası

44 0
23.03.2026

Telefonda dostum Abidlə (Məmmədov) dərdləşirdik. Xeyli vaxtdır bir məsələni çözməyə çalışırdı. Niyə indiyə qədər həll edə bilmədiyini soruşdum. “Dım-dım halvasıdırmı? Elə asan məsələ deyil axı” deyə cavab verdi. Qulaqlarıma inanmadım, qəribə bir gizilti keçdi içimdən…

Anam dünyasını dəyişəndən bəri ilk dəfə idi ki, “Dım-dım halvasıdırmı?” deyimini eşidirdim. Həlli asan görünən, əslində isə çox çətin olan bir iş olanda mərhum anam elə deyirdi. O, bu deyimi əsasən "asanlıqla əldə edilməyən, çətin düzələn iş" mənasında işlədirdi…

Dım-dım halvası digər halvalardan fərqli olaraq çox bərk olur. Onu dişləmək, kəsmək və ya parçalamaq çətin işdir. Buna görə də, mən bir işi “çantada kəklik sananda” anam dərhal “Dım-dım halvası deyil ha, hər adamın dişi keçməz!" deyər, bununla da məni ciddi və tədbirli olmağa sövq edər, bərkə-boşa düşəcəyimə hazırlardı.

Orta məktəbdən sonra universitet üçün Bakıya gələn, o vaxtdan da ömrünün sonuna qədər Bakıda yaşayan anamın söz ehtiyatı çox, dili zəngin idi. Əziz anamın istifadə etdiyi, dilindən düşürmədiyi deyimlər, kəlamlar, hikmətli ifadələr, atalar sözləri, məsəllər, aforizmlər, müdrik sözlər onun danışığına elə........

© Modern.az