Cihat Yaycı Paşa
Elazığ Türkiyənin ən qədim şəhərlərindən biridir.
Tarixi miladdan əvvəl 4000-ci ilə qədər uzanır.
Səlcuq İmperatorluğunun hökmdarı Alp Arslan 26 avqust 1071-ci il Malazgirt döyüşündə Bizans İmperatorluğu üzərində qələbə çalaraq türklərə Anadolunun qapısını açır.
Türklərin Elazığa yerləşməsi də məhz o tarixi zəfərdən başlayır.
Bizə çox doğmadır Elazığ.
Adət-ənənələri, folkloru, musiqisi, mətbəxi və məncə, ən çox da şivələri ilə Azərbaycanın qərb bölgələrindən, ələxsus da Naxçıvandan fərqi yoxdur…
Mert Sanaç əslən Elazığlıdır.
Gənc, uğurlu bir iş adamıdır.
Dostumdur.
O mənə “Ağabey”, mənsə ona “Milli Damad” deyirəm.
Milli Kürəkənimizdir bizim, həyatını gözəllər gözəli bir azərbaycanlı xanımla – ailə dostumuz Nigarla birləşdirib.
Bu, sağlam və sevgi üzərinə qurulmuş izdivaç sonrası dost məclislərində Mert hər dəfə “Ben Nahçıvanlıyım” deyir, biz də ürəkdən gülürük.
Bir neçə gün əvvəl Mert məni İstanbul valiliyinin Elazığ axşamına dəvət etdi.
İşim var, gələ bilməyəcəm dedim.
Bir az sonra yenə zəng elədi, Elazığ millətvəkili də dəvət edir səni dedi.
“Vallahi işim var, incimə” deyib üzrxahlıq etdim…
Yenə zəng elədi: “Bəs Cihat Paşa da gəlsə, onda necə?”.
“O zaman axan sular durar”… Gələcəm dedim…
Dost olduğumuzu bildikləri üçün məni salonda Cihat Yaycının yanına buyur etdilər.
Bir-birindən ləziz Elazığ yeməkləri gecəyə xüsusi bir gözəllik........
© Modern.az
