menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Butimar

29 0
27.04.2026

Butimar fars mifologiyasının dərinliklərindən süzülüb gələn bir quşdur.

O, sevginin özünün qanad taxdığı, kədərin lələk bağladığı bir varlıqdır.

Adı bəzən "Məhəbbət quşu" olaraq keçir mənbələrdə.

Rəvayətə görə Butimar dənizə aşiqdir.

O qədər sevir ki, sahilə qonub günlərlə ona baxır.

Susuzluqdan ciyəri yanır.

Ancaq dənizin suyunun bir gün qurtaracağından qorxur.

Bu səbəbdən də su içmir, su bitməsin deyə arada bir damla alır ağzına.

Dənizi sevdiyi qədər suyunu da sevir.

Aşiqin gözündə məşuqun hər şeyi müqəddəsdir.

Rəvayətin ən dəhşətli, ən gözəl yeri də elə budur: Dənizin bir gün quruya biləcəyindən qorxur. Onu su içməkdən saxlayan da budur, məşuqu kiçiləcək deyə dərd edir.

Ay dənizə baxar kimi o da baxır-baxır sevgilisinə.

Tək-tənha baxır sonsuz suya.

Günlər keçir, həftələr...

O baxır, dəniz isə heç bilmir ki, aşiqi onun dərdindən və susuzluqdan ölür.

Divan şairləri Butimar quşuna "Malikül-həzin", yəni "Hüznün sahibi", "Kədərin hökmdarı" demişlər. Bu ad sadə bir metafora deyil, dərin bir etiraftır. Şairlərdən biri “Dünyada ən böyük kədər o kədərdir ki, sahibi onu şikayət etmir” demişdi. Butimar da sahildə oturub fəryad etmir, sadəcə baxır. Sevir. Susur. Və ölür…

Ərəb ədəbiyyatında Butimara "Yemam quşu" da deyilmişdir. Lakin divan ədəbiyyatında, xüsusilə də Osmanlı, Azərbaycan, Fars şeiriyyatında bu quş "Butimar" adı ilə yaşadı və aşiqin ən kamil timsalına çevrildi.

Butimarın hekayəsinin özündə bir paradoks var ki, insanı düşündürür: dəniz bitməyəcək. Okeanlar tükənməyəcək. Butimar bilir bunu, yəqin ki bilir. Amma sevən adamın qorxusu məntiqə........

© Modern.az