menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Ədədlərin suda batmayan HƏQİQƏTİ

40 0
09.03.2026

Riyaziyyat tarixində elə anlar var ki, bir teorem təkcə ədədlərin təbiətini deyil, insan düşüncəsinin sərhədlərini də dəyişir. Mən bir riyaziyyatçı kimi geriyə baxanda Pifaqor məktəbinin dramatik irrasional ədədlər hekayəsini təkcə elmi inqilab kimi deyil, həm də biliyin bəzən qorxuducu gücünü göstərən simvol kimi görürəm.

Pifaqor təkcə riyaziyyatçı deyildi – o, ədədlərin mistik padşahlığına inanan filosof idi. Onun yaratdığı “Pythagoreion” məktəbi müasir dövrdə bir elmi cəmiyyət kimi deyil, daha çox məbəd kimi xatırlanır. Orada ədədlər yalnız ölçü aləti yox, kosmik qanun idi. Bir musiqi siminin uzunluğu 2:3 nisbətində olanda harmoniya yaranırsa, deməli harmoniya kainatın özündə də tam ədədlərin nisbətində gizlənir. Göy cisimləri hərəkət edərkən musiqi yaradırsa, deməli bu musiqinin də kökündə sadə kəsrlər dayanır. Gözəllik rasionaldır. Nizam rasionaldır. Həqiqət rasional olmalıdır.

Bəli, pifaqorçulara görə kainat ədədlərdən toxunmuşdu. Lakin bu ədədlər mütləq rasional olmalı idi. Onların fəlsəfəsi belə deyirdi: “Hər şey tam ədədlərin nisbətidir”. Musiqinin harmoniyası, planetlərin ritmi, həndəsi fiqurların........

© Modern.az