menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

İlqar Məmmədov və yeni feminizm hərəkatı

46 0
05.03.2026

Əlbəttə ki, bütün yazdığım mətnlər və etdigim çıxışlar ideal deyil. Hər birində tənqid üçün yetərincə açıq məqamlar olur və olmalıdır da! Yazı mətnləri ilə birbaşa mətnsiz edilən çıxışlar da bir-birindən üslubca fərqlənir. Yazı mətni daha ciddi məsuliyyət tələb edir və qalıcı dəyərləndirməyə tabedir. 50-100 il sonralarda da oxunub fərqli baxış bucağından şərh oluna bilər. Şifahi çıxışın isə əsas hədəfi mövcud auditoriyaya uyğun olaraq izləyicilərin diqqətini  seçdiyin və ya öncədən seçilmiş mövzuya yönəltməkdir. Burada ritorik manevrlər qaçılmazdır və problemin ciddiliyini qabartmaq üçün seçdiyin üslub çox böyük önəm daşıyır. Xüsusilə də çıxış üçün dəqiq vaxt çərçivəsi qoyulanda, arzu etdiyini deyil, vaxta sığışa bilənləri dinləyənlərə çatdırmağa məhkum olursan. Son parlament iclasında 5 dəqiqəlik çıxışımı bir daha diqqətlə dinlədim. Bu çıxışda 6 ciddi problemə toxunulmuş, bir neçə faydalı saylıla biləcək təklif verilmiş və nədənsə bütün bu mövzudan sosial şəbəkədə ancaq boşanmaların bəzi qadınlara aid neqativ tərəfi geninə-boluna müzakirə olunmuşdur. Qeyd edim ki, bunların içində təqdir və tənqid yazılarına normal yanaşmışam və hətta bəzi tənqidləri faydalı hesab edərək öz səhifəmdə də paylaşmışam. Etik çərçivəni aşmadan paylaşılan bir neçə status üzrə aparılan müzakirələrə də birbaşa qoşularaq mövqeyini aydın şəkildə çatdırmağa çalışmışam. Lakin hər dəfə olduğu kimi........

© Modern.az