menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Azərbaycanın çoxtərəfli diplomatiyası: beynəlxalq səhnədə geniş iştirak etmək

18 0
24.10.2024

Kazanda gerçəkləşən XVI BRICS sammiti dünyada getdikcə artan geosiyasi ziddiyyətlər fonunda diqqəti öz üzərinə cəlb edə bildi. Çünki təkqütblü dünyaya qarşı alternativ gücün formalaşmağa başlaması cəhdləri getdikcə artır.

Reallıq bundan ibarətdir ki, bü gün dünya Qərbin hegemonluq etdiyi qurumlardan gözlədiyi ədaləti əldə edə bilmir. İkili standtarlar, islamofobiya, ayrı-ayrı ölkələrin daxili işlərinə kobud müdaxilə, müxtəlif münaqişələrə ədalətsiz yanaşmalar və bu kimi digər məsələlər ənənəvi təşkilatlara, qurumlara olan inamı kökündən sarsıdıb. Belə bir mühitdə BRİCS daha çox diqqəti cəlb etməyə başlayıb.

Sammitə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətlərinin, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreşin qatılması təkcə quruca statistika deyil. Bu artıq yeni güc mərkəzinin meydanda olmasının bariz göstəricisdir. Builki sammitin əsas müzakirəsinin “Ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliyin gücləndirilməsi” mövzusu üzrə aparılması bu baxımdan diqqətçəkicidir.

Rusiya, Çin, Braziliya, Hindistan və Cənubi Afrikanın təmsil olunduğu BRİCS-in genişlənməsi, yeni üzvlərin qəbul edilməsi, daha böyük beynəlxalq təşkilata çevrilməsi bu gün daha real görünür. İran, Türkiyə, Misir və digər ölkələrin........

© Modern.az


Get it on Google Play